Global Expansion
Öz şəhərini tanıt və xanımlara ən çılğın, dəlisov və mümkünsüz görünən arzularını gerçəkləşdirməyə ruhlandır.

WoWoman-ın təşkil etdiyi proqram və tədbirlər sayəsində 7000-dən çox xanım həyatını müsbətə doğru dəyişməyə nail olmuşdur. Dünyada yaşayan hər bir qadını bu imkana daha da yaxın etmək naminə WoWoman səni sürətlə böyüyən qlobal hərəkatımıza qoşulmağa və şəhərinin təmsilçisi olmağa dəvət edir!

Fəaliyyətimiz haqda xəbərdar olmaq və ilhamlanmağınız üçün bizə abunə olun.
WoWoman Founding City Director vəzifəsinə
müraciət etmək üçün 8 səbəb
Müsbət təsir və inkişaf naminə təşəbbüs
İstər "Dərs,İş, Ev" ətrafında dövr vur, istərsə də çılğın və macəra dolu həyatdan həzz al, yenə də sıfırdan nələrisə başlamaq və ətrafdakılarına təsir göstərməkdən yaranan adrenalin və maraq axtarışında olacaqsan
Qlobal icmanın bir parçası olmaq
Sürətlə böyüyən WoWoman icmasının bir parçası olmaqla dünyanın hər yerində tamamilə fərqli və misilsiz, lakin həmçinin də eyni pozitiv enerji və həvəslə dolu olan xanımlarla yaxından tanış olmaq imkanı qazanacaqsan
Şəbəkələş və sosial kapitalını genişləndir
Şəhərin üçün yeni səhifə açmaq işgüzar tədbirlərdə, yerli görüşlərdə iştirak haqqı və həmfikir peşəkarlarla ünsiyyət qurmaqla yanaşı həmçinin yeni tövsiyələr qazandıra və karyera imkanlarına gedən uzun səyahətə apara bilər
Bütün bunların bir parçası olmaq istəyi
Şəhər təmsilçisi üçün müraciət etmək yeniliklərə imza atmaq və onun ilk günlərindən başlayaraq inkışafının bir hissəsi olmağına töhfə vermək üçün misilsiz bir fürsətdir. Bu, eniş və yoxuşlar arasında olan macəraları fəth etmək deməkdir
Peşəkar inkişaf
Şəhərin üçün WoWoman səhifəsi açmaq bir startup-a qoşulmaq kimidir. Bu, mövcud bacarıqlarına arxalanmaq, müxtəlif sahələrdə təcrübə qazanmaq və yüzlərlə məsuliyyəti öhdəliyinə götürmək üçün əla fürsətdir. Təşkilat sürətlə inkişaf etdikcə, sənin karyera imkanların da həmçinin inkişaf edəcəkdir
Fərdi inkişaf
Komandada işləmək qabiliyyəti, həmçinin özünə güvən hissini gücləndir. Bir neçə öhdəliyi icra edərək və mühüm qərarlar vərərək təcrübədən maksimal şəkildə faydalan və öz ünsiyyət bacarıqlarını inkişaf etdir
Daima dəyişən öhdəliklər
WoWoman platformasının çətinlikləri və fürsətləri daima dəyişir, bu isə o deməkdir ki, yeni bacarıqlara yiyələnmək, yeni layihələrə rəhbərlik etmək və heç vaxt darıxdırıcı və sıxıcı rutinə bağlanmamaq deməkdir. Bu, nisbətən böyük və artıq təsis edilmiş təşkilat və ya şirkətdə çalışmaqdan daha fərqlidir
Əlaqə və Ruhlandırma
Özünə və digərlərinə hər ay birgə yığışacağınız, öyrənəcəyiniz və şəhərindəki möhtəşəm spiker və fərdlərin sayəsində ilhamlanacağın mühit yaradaraq potensial və super gücünün inkişafına təkan ver. WoWoman Şəhər təmsilçisi təşəbbüskar deməkdir. Özlüyündə problemlərə fərqli yöndən yanaşmağa başlayacaqsan, sahəsindən asılı olmayaraq - iş, gündəlik həyat və s. Kim bilir, bəlkə də təşəbbüskarlıq "xəstəliyi"sənə də "yoluxdu" və bir ildən sonra bir də gördün ki, məhz öz ideyanı artıq biznesə çevirmisən. ;)
WoWoman City Director olmaq necə bir hissdir?
Təşkil etdiyimiz hər bir tədbirdən sonra yaşadığım o məmnunluq duyğusunun dəyəri ölçülməzdir. Bu qədər həvəsli xanımları görmək, həmçinin ərsəyə gətirdiyimiz işlər və həyatlarına göstərdiyimiz müsbət təsirə görə onlardan minnətdarlıq məktubu almaq həqiqətən də çox dəyərlidir.
Arzu Ağazamanova
Baku City Director
Bəs sən öz səhifəni yazmağa hazırsan?
Hər bir WoWoman səhifəsi "Şəhər təmsilçisi" qismində xidmət göstərən bir şəxs tərəfindən idarə olunur. Səhifəni açan ilk şəxs həm də Təsisçi adlanır. Bu şəxs WoWoman adlı səhifənin aparılmasında, həmçinin komandaya rəhbərlik və ən azı 2 ayda 1 tədbir təşkil etməklə öz şəhərində tanınmasından dolayı məsuliyyət daşıyır
Qeyd: WoWoman missiyasını üzərinə götürəcək şəxsin "Kişi" ola bilmə ehtimalı istisna olunmur
Əsas öhdəliklər
  • Məkanın təmin olunması
  • WoWoman tematikasına uyğun spikerin təyin edilməsi
  • Tədbir üçün ehtimal olunan xərclərin qarşılanması məqsədi ilə tərəfdaşların tapılması
  • Komandanın cəlb edilməsi və idarə olunması
  • Tədbirin marketinqi
  • Baş ofislə əsas əlaqəndirci şəxs qismində çıxış etmək
WoWoman tematikası
  • "WoWoman in Me"
  • Arzular
  • Mümkünsüzü mümkün etmək
  • Maariflənmə
  • Karyera
  • Əminlik
  • Qorxular / Çətinliklər / Uğursuzluqlar
  • Liderlik
  • Təşəbbüskar olmaq
  • Dizayn / Kreativ düşüncə
  • Şəbəkələşmə
  • Emosional qavrama
  • Sağlamlıq / Özünüdərketmə
  • Mentorluq
  • Əlaqələr
City Founding-Director axtardığımız 3 əsas keyfiyyət
-1-
Xəyalları gərçəkləşdirə bilmək bacarığı
"Qazanacağınız ya uğur olacaq, ya da ki bəhanələr, lakin hər ikisi yox" prinsipinə inanırıq. Nə demək istədiyimizi anladın ;)
-2-
Proaktivlik, çeviklik və özünüidarəetmə
Sənə əlbətdə ki, bu işdə kömək edəcəyik, lakin Şəhər Təmsilçisi vəzifəsinə öhdəliyi tam olaraq üzərinə götürə bilən birisini axtarırıq. Çeviklik və problemləri həll etmə qabiliyyəti şəhərinə WoWoman nəfəsini verə biləcək birisində axtardığımız ən önəmli bacarıqlardandır
-3-
Təsir etmə və öhdəliklərə fokuslanma
Əlbətdə ki, istək, fədəkarlıq və arzularına dair müsbət yanaşma olmadıqca heç nəyə nail olunmur. Əgər sən də özünə "Bu dünyanı necə daha möhtəşəm edə bilərəm?" sualını verirsənsə, ətrafdakılarına müsbət təsir göstərmək və imkanlar bəxş etməkdən məmnunluq hissi duyursansa, oz zaman SƏN ELƏ BİZİM AXTARDIĞIMIZ İNSANSAN
"WoWoman-ın ideyalarına dəlicəsinə vurğunsansa, o zaman səni heç nə saxlaya bilməz! İnan ki, heç nə!"
Olea Cegorean
Lahore Founding City Director
Bizimlə əlaqə
wowoman.org@gmail.com
Müraciətinizin mövzusu