qadınlara ən çılğın, dəlisov və mümkünsüz görünən arzularını gerçəkləşdirmək naminə məkan və vasitələr yaradan inkişaf platformasıdır

Fəaliyyətimiz haqda xəbərdar olmaq və ilhamlanmağınız üçün bizə abunə olun.
WoWoman rəqəmlərlə
19.000+
sosial mediada izləyici sayı
18.500+
müraciət forması
7.000+
iştirakçı sayı
20.000+
onlayn qrup üzvü
200+
tədbir
25+
proqram
50+
komanda üzvü
3
beynəlxalq mükafat
Proqram və Layihələr
Proqramlar sayəsində yaranan hekayələr
Əminəm ki, WoWoman hərəkatının bir parçası olmaq həyatımın önəmli anlarından biri olmuşdur. Bu, mənim şəxsi inkişaf və hədəflərimə çatmaq uğrunda sirli vasitəmdir. Bu proqramdan sonra həyatımda daha həlledici qərarlar vermək üçün daha motivasiyalı və cəsarətli oldum.
Nəzirə Teymurova
"Xoşbəxtliyin əsasları" proqramının iştirakçısı
Bu 3 saatın neçə keçdiyini heç hiss etmədim. Bu tədbir mənim üçün yeni bir kəşf oldu. Hazırda isə öyrəndiyim biliklərə əsaslanan şəxsi layihəm üzərində çalışıram. Azərbaycanda WoWoman kimi platormanın olması möhtəşəmdir, bu səbəbdən bütün komandaya bu cür möhtəşəm platforma ərsəyə gətirdiklərinə görə təşəkkürümü bildirirəm.
Könül Məmmədli
"Layihələrin idarə edilməsi və Problemlərin Həll olunmasının əsasları" proqramının iştirakçısı
Qubada İT müəlliməsi olaraq çalışıram, lakin bacarıqlarımı təkmilləşdirmək və tələbələrimə daha yaxşı tədris vermək üçün Bakıya köçdüm, ev kirayələdim və Tech Tech xanım yay məktəbində iştirak etdim. Əminəm ki, bu kurs yalnız mənə yox, həmçinin biliklərimi ötürdüyüm yüzlərlə tələbələrimə də çox kömək oldu.
Lalə Həsənova
"Tech Tech Xanim" kodlaşdırma üzrə yay məktəbinin iştirakçısı
#Qorxmasaydım layihəsindən sonra WoWoman-la ilk tədbirim idi. Həm təlimçi, həm də iştirakçıların saçdığı enerji, onların komfort zonasından çıxmaq həvəsi və ölkədə WoWoman-ın sədasının nə qədər yüksək olduğunu görmək məni heyran etdi. WoWoman proqram və tədbirlərinin xanımların qətiyyətinə olan təsiri inanılmazdır.
Turanə Hüseyinli
"Sahibkarlıq zəkası" proqramının iştirakçısı


200+ TƏDBİR VƏ TƏLİMLƏR
Təlimçi və spikerlərin haqqımızda söylədikləri
Mihaela Noroc
"Gözəllik Atlası" layihəsinin təsisçisi
Buxarest, Rumıniya
WoWoman olduqca mühüm və məsuliyyətli bir missiyadır və sizin komandanı şəxsən tanımaq çox gözəl idi. İmkanlarınızı genişləndirməyə davam edin!
Kamran Ağayev
Azercell-in "Verilənlər bazası administrasiyası" şöbəsinin rəhbəri, Oracle üzrə mütəxəssis
Bakı, Azərbaycan
WoWoman-da ən sevdiyim məqam - onların qadınların inkişaf və maariflənməsi haqda yalnız danışmaqla kifayyətlənməyib bunu gerçəkləşdirmələridir. Bir şəhər, bir tədbir, bir proqram və bir həyata eyni anda müsbət təsir göstərmək. Komandanıza töhfə vermək və biliklərimi paylaşmaq şansını qazandığım üçün minnətdaram
Tatyana Kanzaveli
Open Health Network/ 500 start up-ın mentoru
Silikon Vadisi, ABŞ
WoWoman-la birgə çalışmaq çox rahat və zövqverici idi. Komanda gördükləri işdə peşəkar və olduqca iddialıdır. Bunu onların təşkil etdikləri tədbir və proqramların keyfiyyətindən də görmək mümkündür. Birgə gözəl iş ərsəyə gətirdik və bunun bir parçası olmaq möhtəşmdir!

Zara Huseynova
Təsisçinin Hekayəsi
TEDx talk: Təsisçinin Hekayəsi
TEDx Talk: Qorxularından necə faydalanmalı
Zara Hüseynova

Zara Hüseynova WoWoman və ALZA butikini necə və hansı səbəblərdən təsis etdiyindən bəhs edən hekayəsini paylaşacaq. O, 18 yaşında cəmi 200 dollar büdcə ilə ALZA butikini, 2,5 il öncə - 21 yaşında ikən hazırda 50+ xaınmlardan ibarət və beynəlxalq müstəvidə genişlənən qadınların inkişaf platforması olan WoWoman-ı Bakıda, Azərbaycanda təsis etmişdir.
Tərəfdaşlarımız
Bizimlə əlaqə
wowoman.org@gmail.com
Müraciətinizin mövzusu