WoWoman Tour
Əziz WoWoman İzləyiciləri,

Xanımlara özəl təşkil olunan təbiət turlarının ilk Sezonun və ilk Epizoduna hazırsınızmı?
Bu aydan etibarən fərqli formatlarda həm öyrədici, həm istirahət, həmdəki təbiət mövzularını əhatə edən turlara başlayırıq. İlk Turumuzu Aprel ayının 28, yazın gözəl vaxtlarında Qubanın Yuxarı Xanəgah, Girdah kəndlərinə və Girdah şəlaləsinə yürüş edəcəyik. Tur dağ-meşə "Qəzinti yürüşü" proqramıdır amma fərqli rənglər də qatılacaq. Səhər tezdən görüşüb xüsusi ayrılmış avtobusla Bakıdan Qubanın mərkəzinə, oradan da Yuxarı Xanəgah kəndinə yollanacağıq.
Tur Proqramı:
28 Aprel
06:40 - Gənclikdə Mall'ın qarşısında görüşəcəyik
07:00 – Bakıdan çıxış
10:20 – Yuxarı Xanəgah. Yüngülvarı səhər yeməyi və samovar çayı!
11:15 – Girdah Şəlaləsinə doğru Yürüş
13:30 – Girdah Şəlaləsi. Nahar Fasiləsi
14:15 – Yuxarı Xanəgaha doğru yol almaq
16:15 – Yuxarı Xanəgahda Samovar çayı
17:00 – Bakıya geri dönüş
20:00 – Bakıdayıq
Kənd evlərinin birində ağbirçəy xanımlarımız ilə xəmir açmağı, təndirdə lavaşı düzqün yerləşdirməyi və bişirməyi birlikdə öyrənəcəyik. Səhər yeməyindən sonra isə Girdah Şəlaləsinə doğru yola düşüləcək. Tur zamanı çox saylı interaktiv oyunlar keçiriləcək.

Kənd evində, təndir qırağında ən yaxşı lavaş xəmiri açan xanım növbəti turumuza 50% endirim qazanacaq.
Əsas məlumat
Vaxt məhdudiyətinə görə, xahiş olunur ki, hər kəs qeyd olunan saatda, Gənclik Mall, Starbucks girişinin yanında olsun.
Gecikənlər gözlənilməyəcək.
Tarix?
28 Aprel saat 06:40-dır! 07:00-da yola çıxılacaq
Yemək?
Yüngül səhər yeməyi (pendir, lavaş) və samovar çayı
Yol?
Ayaqla gediləcək yolun gediş-gəliş uzunluğu: 8-9 km
Müddət?
Yürüş müddəti: 3-4 saat
Nəzərə alınmalı məqamlar:
* Biz qrup menecmenti olaraq sadəcə bu qrupun bir araya gəlməsinə xidmət edirik. Tur zamanı təbiətdə sizin başınıza gələn hər hansı hadisələrə görə Qrup Menecmenti cavabdeh deyil. Amma istənilən halda yürüş zamanı Tur Bələdçilərinin Təlimatlarını dinləmək və onlar ilə məsləhətləşmək zəruridir

* Tur Programı yalnız Xanımlar üçün nəzərdə tutulub

* Bu səbəbdən iştirakçıların özləri ilə günlük yemək, sendviç, çörəkarası, şokolad, quru meyvə, çərəz, tərəvəz, müxtəlif konservalar ola bilər (termosla qaynar su götürmək də arzuolunandır), və içəcək (su ehtiyatı (1L) götürməkləri məsləhətdir.

* Qrup şəklində hərəkət ediləcək. Yolüstü yorulub geri qayıtmaq istəyənlər nəzərə alınacaq.
Turun qiyməti:
Tur üçün ödəniş edildikdən sonra iştirakçı tura gələ bilmədiyi halda 25 Aprel tarixinə qədər, ödənişin 50% geri qaytarılır. Aprel ayının 26-dan ödənişin heçbir hissəsi geri qaytarılmır
24 Aprel günün sonuna kimi ödənilərsə 29 AZN
Şəxsi avtomobil ilə gəlmək istəyənlər üçün ödəniş 17 AZN-dir.
26 Aprel günün sonuna kimi 32 AZN
Şəxsi avtomobil ilə gəlmək istəyənlər üçün ödəniş 17 AZN-dir.
27 Apreldə (Son gün) ödənilərsə 35 AZN olacaq.
Şəxsi avtomobil ilə gəlmək istəyənlər üçün ödəniş 17 AZN-dir.
Ödənişə nə daxildir?
Bakı - Quba - Xanəgah- Quba - Bakı aviareysi
Yüngül səhər yeməyi və samovar çayı
Master-class "Təndirdə Lavaş yayma və bişirmə"
Səyahət Sığortası
Bələdçilər
Professional çəkiliş grupu (şəkilçəkənlər)
Qeydiyyat və ətraflı məlumat almaq üçün aşağıda qeyd olunan nömrə ilə əlagə saxlaya bilərsiniz:
Ahmadiyya Hajiyev: +994(70) 201-14-92
Bakı, Azerbaycan