#wowomantips
İş həyatında uğurlu olmağın
7 yolu
Bu ay "Xəyalındakı iş" mövsuzunda paylaşımlar edəcəyik
Bu gün iş həyatında uğurlu olmaqdan danışacağıq. Mütləq ki, iş həyatında uğurlu olmaqla bağlı məqalələr oxumusunuz. Biz də oxuduq, araşdırdıq və 7 əsas yol müəyyənləşdirdik.
✔️Hədəf qoyun – iş həyatında uğurlu olmağın ilk və əsas şərti hədəf qoymaqdır. Hansı işi görürsünüz görün: aydın, əlçatan, ölçüləbilən, spesifik hədəf qoyulmalı və ona çatmaq üçün müddət müəyyən edilməlidir. Hara getdiyinizi bilməsəniz, itərsiniz.

✔️Stressi idarə edin – stress birbaşa uğura təsir edən faktordur. Bəzən motivasiyaedici olsa da, müəyyən müddət sonra diqqətin yayınmasına və iş keyfiyyətinin azalmasına səbəb olacaq. Stresslə mübarizə aparmaq üçün kiçik fasilələr vermək, dərin nəfəs almaq, planlı çalışmaq, daha çox sosiallaşmaq və metodlardan istifadə edə bilərsiniz.

✔️Planlı olun – bir çox işçilər iş yükünün çox olduğunu və heç nəyi çatdıra bilmədiyini deyir. Bəzən bu doğru olsa da, çox zaman zamanıın düzgün idarə olunmaması ilə əlaqəlidir. Plansız iş zaman itkisinə səbəb olur. Mütləq ajanda istifadə edin.

✔️Təcrübənizdən yararlanın - keçmişdə yaşadığıqlarınızdan qazandığınız təcrübələr gələcəkdə nələrlə qarşılaşa biləcəyinizi görmək üçün vacibdir. Bir şeyi bilməyin ən yaxşı yolu onu etməkdir. Bir çox insan səhv etməkdən qorxur. Önəmli olan səhvlərin səbəblərini aşkarlayıb doğrunu öyrənmək və təkrar etməməkdir.

✔️Digərlərindən fərqlənin. Yaradıcı olun və bunu göstərin. Bir çox işdə yaradıcı olmaq uğuru da özü ilə gətirir. Yaradıcılıq insann pozitiv olmasının sübutudur. Bunu insanlara göstərməlisiniz. Sizi fərqləndirən xüsusiyyətləri tapmalısınız.

✔️Çevrənizi genişləndirin və əlaqələrinizi gücləndirin. Başqalarının haqqınızda dedikləri Sizinlə işləmək istəyən insanlarda ilkin fikir yaradır. Önyarğılı olmayın. Bu sizin haqisələri düzgün dəyərləndirmənizə maneə olacaqdır.

✔️Blog, məqalə və s. yazın. Düşüncələrinizi hərkəsə açıq şəkildə paylaşmağınız insanların sizi tanımasına kömək edəcəkdir. Bildiklərinizi və düşündüklərinizi LinkedIn ve ya bloqa yazaraq şirkət nümayəndələrinin, potensial işəgötürənlərin haqqınızda məlumatlı olmasına imkan yaradacaqsınız.
Növbəti həftənizin xoş keçməsi diləyiylə ❤️