Qarşılayın!
"Always" tərəfindən dəstəklənən və "WoWoman Azərbaycan" tərəfindən həyata keçirilən "Yarat. Reallaşdır. Təsir et" məqsədli "School of CMI" -
3 günlük bootcamp-təlimi elan edirik.

Sizləri bu ilk bootcamp-təliminə qoşulmağa
və sadəcə 3 günə öz layihənizi yaratmağa dəvət edirik!
Qoşulmaq
Proqram Stanford Universitetinin "Dizayn Düşüncə" metodu və MIT Universitetinin Qlobal Sahibkarlıq proqramına əsaslanır.
Bootcamp-Təlimin iştirakçıları öz ideyalarını əvvəl layihəyə, daha sonra isə həyata çevirmək imkanı qazanacaqlar.

Təlim, gənc xanımlara öz ideyaları üzərində işləməyə, fasilitator və mentorların dəstəyi ilə onları dərhal həyata keçirməyə imkan verir.
Qeydiyyatdan keç
Təlim zamanı iştirakçılar komanda formalaşdırır və proqramın 3-cü günündə münsiflər heyətinə təqdim ediləcək
təhsil, səhiyyə və ya sosial mövzulu layihə üzərində intensiv şəkildə işləyirlər.
Jürinin qərarı ilə 1, 2 və 3-cü yer olmaqla 3 qalib seçiləcək

Qalib komandalar həyata keçirmək istədikləri
layihələr üçün müvafiq olaraq

1000, 500 və 250 AZN məbləğində pul mükafatı əldə edəcəklər

Təlimdə iştirak üçün müraciətlər aprelin 19-dək YALNIZ ONLAYN ŞƏKİLDƏ qəbul edilir
Qeydiyyatın sonuna kimi
İştirakçılar qeydiyyat prosesi boyunca seçiləcəkdir,
bu o deməkdir ki, nə qədər tez bir vaxta qeydiyyatdan keçsəniz, bir o qədər şansınız artacaqdır
gün
saat
dəqiqə
saniyə
*Qeyd: Bootcampın tarixi mövcud vəziyyətlə əlaqədar olaraq dəyişdirilə bilər.
Partnyorumuz "Always" sayəsində proqram iştirak edəcək 40 xanıma təqaüd təqdim ediləcəkdir.
Bu o deməkdir ki, layihədə iştirak ÖDƏNİŞSİZDİR!
Mentorlarımızı
QARŞILAYIN!

Always® bir P&G brendidir. P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Ariel®, Tide®, Pampers®, Head & Shoulders®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Braun®, Old Spice® və Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
"School of CMI" yerli gənc liderlərin müsbət dəyişiklər yaratması üçün həyata keçirilən yeni bir layihədir. Bu layihənin məqsədi müvafiq yumşaq və sərt bacarıqları öyrənməklə gənclərə 21-ci əsrin çətinlikləri ilə qarşılaşmağa hazır olmasına dəstək göstərməkdir.
Bu layihə Azərbaycanda 5 ildir ki, fəaliyyət göstərən və ölkədə 10000-dən çox qadın üçün 400 təlim, 50 kurs və layihələr həyata keçirən "WoWoman Azerbaijan" komandası tərəfindən irəli sürülmüşdür. WoWoman-ın vebinarlarına 50000-dən çox şəxs baxıb. "Facebook" təşkilatı tərəfindən dünya üzrə 100 üst cəmiyyətdən biri olaraq tanınmaqla, qurumun təsisçisi "Forbes jurnalının 30 yaşdan aşağı 30" sosial sahibkar siyahısında yer alıb.

FAQ
Bootcamp haqqında ən çox verilən suallar
Sual:
Bootcamp nə deməkdir?
Cavab:
Bootcamp - təlim düşərgəsidir. 3 gün ərzində bir məkanda toplanıb layihələriniz üzrə işləyəcəyik və sizə faydalı olacaq təlimlər keçiriləcək.
Sual:
Bootcamp dəqiq mayda baş tutacaq? Karantin davam etsə təxirə salına bilər?
Cavab:
Bootcampın tarixi mövcud vəziyyətə görə dəyişə bilər. Sizə qabaqcadan məlumat veriləcək, narahat olmağa dəyməz. İlk olaraq sağlamlığınızı düşünürük!
Sual:
Yaş həddi yalnız 18-dən 24-ə kimidir?
Cavab:
Bəli, amma sizin 17 yaşınız varsa və ya bu yaxınlarda 25 yaşınız tamam olubsa, qeydiyyatdan keçə bilərsiniz, nəzərə alarıq
Sual:
Proqram ödənişlidir?
Cavab:
Partnyorumuz "Always" sayəsində proqramda iştirak edəcək 40 xanıma təqaüd təqdim ediləcəkdir. Bu o deməkdir ki, layihədə iştirak ÖDƏNİŞSİZDİR!
Sual:
Bootcamp 3 gün ərzində davam edəcək, gecələnmə və nahar daxildir?
Cavab:
Bootcamp hər gün saat 9:00-dan 18:00-a kimi olacaq, gecələnmə olmayacaq. Nahar və iki coffee break daxildir
Sual:
Bootcamp harada baş tutacaq?
Cavab:
Bootcamp şəhərin mərkəzində yerləşən W_Space - də baş tutacaq (AF mall)
Sual:
İştirakçılar tək-tək və ya komanda olaraq qeydiyyatdan keçməlidir? Komandalar necə formalaşacaq?
Cavab:
Qeydiyyatdn həm tək başına həm komanda olaraq keçə bilərsiniz. Lakin bu o demək deyil ki, bütöv komanda olaraq gələcək etaplara keçəcəksiniz, komanda üzvləri arasında da seçim keçiriləcək. Komanda şəklində müraciət etsəniz, application formasında hansı komandadan olduğunuzu qeyd edin. Bütün etapları keçəndən sonra, yerindəcə yeni komandalar formalaşacaq.
Bu da proqramın bir parçasıdır, komanda formallaşdırılması bacarığı gələcək layihələrdə sizə çox köməkçi olacaq.
Sual:
Layihələr nə mövzuda olmalıdır?
Cavab:
Qadınların inkişafında maraqlı olan və təhsil, səhiyyə (sağlamlıq), sosial maneələr - bu mövzuların hər hansı birinə aid layihə və ya ideyanız olsa, iştirak edə bilərsiniz