WoWoman Baku

Tech-Tech Xanım: Android Proqlamlaşdırma

WoWoman: Tech-Tech xanım komandası olaraq biz qadınların İT sahəsində inkişaf etmələri,karyera quran zaman düzgün istiqamət seçmələri və qarşılaşdıqları problemləri tək deyil,onlarla birlikdə həll etmək üçün çalışırıq. Bu istiqamətdə xanımları maarifləndirmək, onların özlərini daha da inkişaf etdirmələri üçün müxtəlif kurslar, təlimlər və tədbirlər təşkil edirik.

Son bir neçə ayda təşkil etdiyimiz kurslar silsiləsini yeni kursumuzla davam edirik.
Beləliklə sizi fəaliyyətimizin ikinci ilində təşkil etdiyimiz ikinci uzunmüddətli Android proqramlaşdırma kursumuza dəvət edirik. Kursun məqsədi xanımlara Android proqramlaşdırmanı öyrətmək və öz mobil tətbiqetmələrini yaratmağı təmin etməkdir.

Kursa gəlməklə aşağıdakı bilikləri əldə edəcəksiniz :
- Android ilə tanışlıq və ümumi anlayışlar
-Androiddə praktiki iş və xüsusiyyətlərindən istifadə
- Android platformasında proqramın yazılması

Kursun sonunda artıq hər bir iştirakçı öz mobil tətbiqetməsini yaratmış olacaq.
Hilal Həsənli
"Turan Bank ASC" C# & Android developer
Təlimçi haqqında məlumat :
Hilal Həsənli – "Turan Bank ASC" - C# & Android developer .
"Hackathon 2017" –yarışmasında komanda olaraq iştirak etmiş və qaliblərdən biri olmuşdur.

Kursda iştirak edə bilər :
– Proqramlaşdırmadan anlayışı olmasa da özünəinamı GÜCLÜ olan, ÇALIŞQAN və bacaracağına İNANAN hər bir xanım.

Kurs bitdikdən sonra təşkil olunacaq imtahandan uğurlu nəticə əldə edən xanımlar sertifikat əldə edəcəklər.

Qeyd edək ki ,Android Proqramlaşdırma kursunda iştirak edən xanımlar növbəti ayda təşkil olunacaq kurslarımızdan biri olan "C# proqramlaşdırma dili " kursuna 30 % güzəşt əldə edəcəklər.
Əsas məlumat
Tarix?
19 sentyabr / 3 ay
Dil?
Tədbir Azərbaycan dillərində olacaq
Məkan?
Barama Innovation & Entrepreneurship Center
İştirak haqqı?
66 AZN
Bizimlə əlaqə:
‬Mobil nömrə: + 994513811183
[email protected]
Bakı, Azerbaycan