#wowomantips
Yaradıcı düşünmə metodları
Hamımızın bildiyi kimi, yaradıcı düşüncə zamanla inkişaf etdirilə bilir
Hamımızın bildiyi kimi, yaradıcı düşüncə zamanla inkişaf etdirilə bilir. Bunun üçün müəyyən texnikalardan istifadə olunur.
Gəlin onlardan üçünə nəzər salaq:

????Beyin fırtınası- 1930-cu ildə Alex Osborn tərəfindən meydana gəlmişdir. Grup şəklində düşüncə meydana gətirən bir texnika olub, istifadəsi günümüzə qədər gəlib çıxmışdır.
Burada 4 qayda var:

1) Fikirlər insanlar tərəfindən deyildikdə, heç bir halda digərləri tərəfindən müzakirə olunmamalıdır.

2) Düşüncələrə limit qoyulmamalıdır. Fikir, xəyal kimi görünsə belə, ifadə edilməlidir.

3) Maksimum bütün düşüncələr ortaya atılmalıdır.

4) Bir düşüncənin digər düşüncənin yaranmasına səbəb olması, bütün üzvlər tərəfindən qəbul edilməlidir.

????Düşüncə xəritəsi- Beyin fırtınasının bir növüdür. Bir dairə/qutu içərisinə bir mövzu ya da problem yazılmış kağız qoyulur. Bu mövzu ya da problem ilə əlaqədar fikirlər daha balaca dairələrə/qutulara yazılaraq böyük dairə/qutu ilə əlaqələndirilir. Hər dəfə meydana gələn düşüncələr daha balaca dairə/qutulara yazılaraq bir addım daha dərinləşir.

????Gordon metodu- Grup üzvləri yaradılacaq şeyin nə olduğu haqqında xəbərsizdirlər. Hədəfi yalnız grup lideri bilir. O, hədəf haqqında sadəcə ümumu bir anlayış verir. Beləcə, üzvlər bu anlayışdan yola çıxaraq bütün yaradıcı fikirlərini ortaya qoymuş, hədəfə doğru getmiş olurlar. Hədəf, əvvəlvəcədən deyilmədiyi üçün, bu metod qeyri-obyektivlikdən uzaqdır.
Biz sizə güvənirik, siz də özünüzə güvənin ❤️