#wowomantips
Məhsuldarlığın 4 aspekti
Nə vaxtsa əməyinin bəhrəsiz olduğunu hiss eləmisənmi?
Nə vaxtsa əməyinin bəhrəsiz olduğunu hiss eləmisənmi? O zaman gəl bu gün məhsuldarlıqdan danışaq. Məhsuldarlıq – fəaliyyətin effektivliyinin göstəricisidr, yəni nəticəsi.

✔ Clear tasks. Düzgün qoyulmuş hədəflərə çatmaq daha tez başa gəlir, çünki gözlədiyin nəticəni dəqiq bilirsən. Məqsədin nə qədər aydın olarsa, onu icra etmək üçün strategiyanı da tez hazırlamış olarsan. Məsələn, daha çox mütaliyə etmək istəyirəm kimi bir məqsəd heç də düzgün məqsəd deyil. Bu cür hədəf aydın deyil. Həftəyə 2 kitab oxuyacam kimi hədəf isə daha yaxşıdır. Noyabrın 20-dən 26-sına kimi Carol Dweck "Mindset: The New Psychology of Success" kitabını oxuyacam kimi hədəf isə mükəmməl hədəf hesab olunur.

✔ Regularity. Hər hansısa bir nəticəyə yönəlmiş bütün fəaliyyətlərimiz davamlı olmalıdır. Bu qayda bizə təslim olmamaq, ruhdan düşməmək və nəticəni hiss etməyə kömək edir. Beynimiz mühərrik kimi çalışır və fəaliyyətlərimiz onu işə salan yanacaq kimidir – mühərriyin yanacağını əsirgədikdə, o sıradan çıxacaq.

✔ Done is better than perfect
. Məhsulunu auditoriya qarşısına çıxarmaqdan qorxursansa – bu təbii bir haldır, lakin unutmamaq lazımdır ki, mükəmməlliyə gedən yol sonsuzluq qədər uzaqdır. Ən yaxşısı, minimal dərəcədə fəaliyyətə yararlı məhsul ərsəyə gətir, daha sonra məhsul haqda şərhləri gözdən keçirdib çatışmazlıqlar üzərində çalış. Hesabata gəldikdə isə vizual hissə və detalları izə istənilən an dəyişmək mümkündür, əsas osur ki, məzmun düzgün olsun.

✔ 99% is not done. Bir şey üzərində uzun müddət çalışdıqda özünü nəticənin olmasına inandırmaq olduqca asandır. Lakin 99% nəticə 100% demək deyil. Məsələn coursera-da kursa yazılmaq və ya kurs işindən 5 fəslin 4nü yazmaq hələ nəticə əldə etmək demək deyil. Başladığın işi sonadək yekunlaşdırmağı özünə vərdiş et, ancaq belə olan halda özünlə fəxr etməyə daha çox səbəbin olacaq

Hədəfin üzərində fokuslanmaqda sənə zamanın idarə olunması texnikası - "pomidor" kömək olacaq. Taymeri 25 dəqiqəyə quraşdır və siqnal səsinə kimi yayınmadan işini gör. Daha sonra 3-5 dəqiqə fasilə edib yenidən işinin başına qayıt. Hər 4 setdən sonra özünə 15-30 dəqiqəlik uzun fasilə ver. Effektiv iş – tək daimilik yox, həmçinin düzgün istirahətdir. İstinad rəydə.
Bu gün bazar ertəsidir, bu isə o deməkdir ki, WoWoman sizlərə məhsuldar həftə diləyir. Səndə hər şey alınacaq!