Sənin bugünki çevrən,sabah kim olacağını müəyyənləşdirir

Azərbaycanın ən güclü qadın platformasının bir hissəsi ol və xəyal etdiyin həyatı yarat
Karyeranı necə qurmalı?

Öz biznesini necə qurmalı?
Həyatda ilham və balansı necə tapmalı?
TƏKCƏ BAKININ ÖZÜNDƏ 20000-DƏN ÇOX QADIN BU SUALI ÖZÜNƏ VERİR
Biz WoWomanı ona görə yaratdıq ki,sənin bu və bir çox başqa sualına cavabı harada tapacağını bilir və sənə özün kimi möhtəşəm qadınların əhatəsində məqsədlərinə çatmağa kömək etmək istəyirik.
Bu qadınların ən möhtəşəm,dəlisov və "mümkünsüz" xəyallarını gerçəkləşdirmələri üçün cəmiyyət,məkan və unikal böyümə reseptini özündə birləşdirən platformadır.
Facebook'un versiyasına görə, dünyanın Top 100 cəmiyyətlərindən biri və MDB-dən bu siyahıya düşən tək cəmiyyət olaraq, bu platforma xəyalın yeni formatı və məkanına qapılarını açır
3 WoWoman Community:
Kim üçün və hansı məqsədlərlə?
"DREAM" MEMBERS COMMUNITY
Karyera və fərdi inkişafın başlanğıcındasan? Bəlkə də hələ də təhsil alırsan və hər şeyi sıfırdan başlayırsan? O zaman, çox güman ki, bu birlik sənin üçündür.

Keyfiyyətli əhatəyə açıq ol,öz başlanğıclarında dəstək al,əmək bazarındakı dəyərli məlumatlara necə tez və effektli şəkildə üstünlük qazanacağına dair realizə olmaq imkanı ver.


"GROW" PROFESSIONALS COMMUNITY
Sən artıq hansısa bir sahədə peşəkarsan,fərdi inkişaf və ruhlanmaq üçün konkret alətlər axtarırsan? Bəlkə də,öz işini başlamağı düşünürsən?O zaman məhz bura sənə maraqlı ola bilər.

Peşəkar və fərdi inkişafını tezləşdir, şəxsi biznesini necə quracağını təcrübəli sahibkarlardan öyrən; özünü həmfikirlərlə əhatə edərək, məqsədlər qoy və onlara çat.

"INSPIRE" BUSINESS COMMUNITY
Top idarə etmədəsən və ya sahibkarsan? Qarşına yüksək hədəflər qoyur, özünü tanıyır və nə istədiyini bilirsən? Daha çox inkişaf, artım və həyatında balans istəyir, keyfiyyətli şəbəkənin vacibliyini anlayırsan?

Özünü ölkəmizin ən uğurlu qadınları ilə əhatə et, iş və özünə ayırdığın zamanın arasındaki balansı tap, cəmiyyətə və dünyaya müsbət təsirini bəxş et.
Birliyə üzv olma prosesi
1
Müraciətin doldurulması
Bizə özün, məqsədlərin və prioritetlərin haqqında yaz, və biz səninlə 48 saat ərzində əlaqə saxlayacayıq
2
WoWoman komandası ilə tanışlıq-müsahibə
Hal-hazırda sənin üçün hansı üzvlüyün sənə uyğun və faydalı olacağını birlikdə müəyyən edəcəyik.
3
İllik ödəniş və rəsmi giriş
Tanışlıq-müsahibədən və birlik təyin olunduqdan sonra, sən illik abunə alırsan və birliklərdən birinin üzvünə çevrilirsən.
"INSPIRE" biznes üzvləri nə deyirlər?
Rəsminə Qürbətova
"Resm" brendin yaradıcısı
Azərbaycan qadının çox böyük potensialı var. Onun sadəcə inanmağa ehtiyacı var. Ona ilham və dəstək lazımdır. WoWoman - təkcə xəyal edən yox, həm də məqsədlərini həyata keçirməyi istəyən və bacaranlar üçün bir platformadır. Və əlbəttə ki, bu cür qadınlar və qızların yanında olmaq, onlardan öyrənmək, onlarla təcrübəni bölüşmək və ilham almaq istəyirsən.
Elnarə Naxmedova
"Beautech" salonlar şəbəkəsinin sahibi
Çox heyif ki, 10 il əvvəl mən öz biznesimi qurmağa başlayarkən belə infrastruktur, dəstək və cəmiyyət yox idi. WoWoman qadının həm şəxsi, həm də professional inkişafı üçün çox vacib dəyərləri və alətləri ötürür. Şəxsi inkişafına zamanını, enerjini və maliyyəni investisiya etmədən, məqsədlərinə çatmaq mümkün deyil.
Hökümə İsmayıl Kərimova
Head of PR & Marketing Yarat Art&Space
WoWoman yalnız xanımlar üçün bir platform deyildir. WoWoman xanımların bir biri ilə təcrübələrini paylaşmaq üçün, bir birindən öyrənmək və inkişaf üçün bir məkandır. Onların bunu necə yaratmaqlarını izləmək, ümidsiz olanları gücləndirmək sadəcə, çox gözəldir. Qürur duyuram, və hər zaman səninləyəm, WoWoman!
WoWoman Member
olduqdan sonra nə əldə edirsiniz?
GÜCLÜ HƏMFİKİRLƏR BİRLİYİ
İLDƏ 24 netvorkinq TƏDBİRİ
AÇIQ DƏRSLƏR
PSİXOLOQ VƏ KOUÇLARLA MÜTƏMADİ GÖRÜŞLƏR
MEDİTASİYALAR
FİLM AXŞAMLARI / MUSİQİ AXŞAMLARI
WOWOMAN SPACE ENDİRİMLƏRİ
FƏRQLI SAHƏLƏRDƏ IŞLƏYƏN MƏSLƏHƏTÇILƏRLƏ GÖRÜŞLƏR
VIP QONAQLARLA EKSKLUZİV GÖRÜŞLƏR
BAĞLI FACEBOOK QRUP VƏ ONLAYN VEBINARLAR
USTAD DƏRSLƏRİ
BİR SÖZLƏ, DAİMİ İNKİŞAF VƏ İLHAM
15% endirimlə əldə etməyə tələs!*
*Yer sayı məhduddur
Communities
"DREAM" members
"GROW" professionals
"INSPIRE" business
İllik 24 şəbəkələşmə tədbiri
İl ərzində psixoloq və kouçla qrup görüşləri
Facebook-dakı qapalı qrupa və online yayımlara qoşulmaq imkanı
Açıq dərslər
Master Klasslar
Meditasiya
Kino və musiqi axşamları
VIP qonaqlarla eksklüziv görüşlər
Müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər
Təlimlər keçmək imkanı
WoWoman Məkanında xidmətlərə endirim
5%
10%
15%
WoWoman "qüsursuz" deyil, o canlıdır, olduğu kimidir və hərtərəflidir. Sadəcə özün üçün məqsəd və arzular müəyyən edərkən, əmin ol ki, sən onlara doğru tək yox, onların həyata keçməsini effektiv və xoş edəcək çox böyük dəstək və infrastrukturla gedəcəksən.
Zara Hüseynova
WoWoman-ın Təsisçisi


Bütün bunlar xüsusi məkanda baş verəcək
W.Space
Səni əhatə edən məkan uğurunun 30%-ə təsir edir.

Biz anladıq ki, Bakıda sənin ruhlanacağın,hüzur tapacağın, rəfiqənə rast gələcəyin və ən nəhayət, kitabını və ya şəxsi biznesinin planını yazmağa başlayacağın bir məkana ehtiyac var.

Özünəməxsus müasir dizayn, ən ləzzətli kofesi olan kafe, iş və görüşlər üçün, uşaq otağı olan, yoqa və ingilis dili dərsləri təklif edən məkan.


Sevimli Bakının tam mərkəzində
W. Space Səməd Vurğun, 34, AF Mall ünvanında yerləşəcək.

4-cü mərtəbə. Şəhərə açılan bənzərsiz mənzərəsi və gözəl terrası ilə.

Rahat yol qovşağı və parking ilə.

Bu gün müraciət et və 15% endirimlə abunəlik əldə et*

*bütün community-lərdə yer sayı məhduddur.
Yaxın zamanda gələcək tədbirlər
Baxmayaraq ki WoWoman Space açılışına hələ 2 ay var, üzvlərimizi çox maraqlı insanlar ilə tədbərlər artıq gözləyir!
Elə bir sehrli həb yoxdur ki,onu qəbul etdiyin andan etibarən hər şey alınsın. Və WoWoman üzvlüyü və Space də həm də həb deyil. Lakin burada birliyin və infrastrukturun dəstəyi sayəsində sən özünü daha əmin hiss edəcəksən və daha çox alınacaq. Alınmayanda isə, biləcəksən ki,birlik və WoWoman Space yanındadır.
Zara Hüseynova
WoWoman-ın Təsisçisi
Tez-tez verilən suallar
Endirimlər nə vaxta kimi davam edəcək?
Təqdim olunan endirimlər açılışla bağlı müvəqqətidir. Endirimli abunəlik sayı məhduddur və hər an bitə bilər. Ona görə də,həyatdakı başqa şeylər kimi, bunu da, sabaha saxlamağa dəyməz.
    Ödənişdən nə qədər sonra WoWoman cəmiyyətində iştirak edə biləcəm?
    WoWoman Space-in açılışı 2019-cu ilin aprelinə planlaşdırılıb, o tarixdən etibarən siz bizim cəmiyyətimizdə iştirakınıza başlaya biləcəksiniz. Müraciətinizi sonraya saxlamayın; ola bilsin ki açılış vaxtına yerlər qalmasın.
    WoWoman üzvü olmadan xidmətlərdən istifadə etmək mümkündür mü?
    Siz cəmiyyətin fəaliyyətində iştirak edə, şəbəkədən və dəstəkdən faydalana bilməyəcəksiniz, sizin WoWoman Space endirimləriniz olmayacaq. Siz yalnız ingilis dili və yoqa dərsləri daxil olmaqla, müəyyən kurslara yazıla bilərsiniz.
      Spikerləriniz / məşqçiləriniz nə qədər güclüdür?
      4 il ərzində WoWoman komandası 250-dən çox treyninq və kurs keçirib, onlarda 8000-dən çox qadın iştirak edib. Hər bir spikeri və məşqçini biz şəxsən seçirik, hər birinin də qüsursuz etibarı var.
      Əla! WoWoman cəmiyyətinin üzvü olmağı çox istəyirəm! Ödənişi hissə-hissə edə bilərəm mi?
      Hal-hazırda 2 hissəli ödəmə imkanı mövcuddur. Müqavilə imzalandıqda 50% və növbəti ay - 50%. Bu halda endirim nəzərə alınmır.
      Ödəniş necə həyata keçirilir?
      Tanışlıq-müsahibə və üzvü olacağınız birliyi təyin etdikdən sonra, sizə kuryer vasitəsilə müqavilə və kart göndərilir. Ödəmə kuryerə edilir.
      WoWoman üzvü olaraq cəmiyyət üçün öz ideya və yeniliklərimi təklif etmək olarmı?
      Əlbəttə. Nəinki olar, hətta lazımdır. Cəmiyyəti onun iştirakçıları yaradır. Bütün komanda üçün sizin rəyiniz vacibdir.
      Sertifikat verirsiniz mi?
      Bizim prinsipial mövqeyimiz odur ki, biz qeyd üçün yox, real biliklərə uyğun sertifikat veririk. Bu o deməkdir ki, 2 saatlıq təlimlər və tədbirlər üçün sertifikatlar olmayacaq. Lakin hər hansı bir kursda, intensiv təlimdə və s. iştiraka görə sertifikat verilməsi nəzərdə tutulub.
      Mənim iş vaxtım sizin tədbirlərinizlə üst-üstə düşmürsə nə edim?
      Bütün tədbirlərimizdə iştirak etməyinizə ehtiyac yoxdur, bu fiziki olaraq da mümkün deyil. Tədbirlərimiz çox olacaq və müxtəlif vaxtlarda keçiriləcək. Tədbirlərin çoxu həftə sonu və iş gününün bitməsinə yaxın keçiriləcək; bu da o deməkdir ki, məhz sizin üçün prioritetdə və maraqlı olan təlimlərdə iştirak edə biləcəksiniz.

      Həmçinin təlimlərin çoxunun yazısı olacaq və siz onlara onlayn rejimdə bağlı qrupumuzda baxa biləcəksiniz. Əgər siz uşağınızı heç kimlə saxlaya bilmədiyiniz üçün təlimdə iştirak edə bilmədinizsə, narahat olmağa dəyməz. Biz sizin övladınızın qayğısına mərkəzimizdə olan Uşaq otağında qalarıq.
      Ödənişə neçə tədbir daxildir?
      İl ərzində 24 tədbir təşkil edilir. Tədbirlərin daha yüksək keyfiyyətli olması üçün iştirakçı sayı məhdud olur; buna görə də biz mütəmadi olaraq sizə təlimlər haqqında xatırladacayıq ki, bütün tədbirlərdən xəbəriniz olsun.
      Müraciət et və biz səninlə əlaqə saxlayacağıq
      Bizimlə əlaqə
      +994 70 708 22 68 (Whatsapp)
      +994 50 277 71 68
      Instagram - da bizi izlə
      Bizi izlə və son yeniliklərdən xəbərdar ol
      Sualın var?
      Call Close
      Nömrəni qoy - sənə geri zəng edəcəyik!
      Və ya özün zəng edə bilərsən:
      +994 70 708 22 68 (Whatsapp) +994 50 277 71 68
      Write Close
      Close
      Bizə yaz
      Sənə rahat olan üsul ilə bizə yaz
      Whatsapp
      Messenger
      Mail
      Və ya bizə zəng vur
      +994 70 708 22 68 (Whatsapp)
      +994 50 277 71 68