Bugünki əhatən sabah kim olacağını müəyyən edir

Azərbaycanın ən güclü qadın platformasının bir hissəsi ol və xəyal etdiyin həyatı yarat
Karyeranı necə qurmalı?

Öz biznesini necə qurmalı?
Həyatda ilham və balansı necə tapmalı?
TƏKCƏ BAKININ ÖZÜNDƏ 20000-DƏN ÇOX QADIN BU SUALI ÖZÜNƏ VERİR
Biz WoWoman'ı yaratdıq, çünki bu və bir çox sualın cavabını harada tapa biləcəyini bilirik və sənə özün kimi möhtəşəm qadınların əhatəsində məqsədlərinə çatmağa kömək etmək istəyirik.


BU, QADINLARIN ƏN MÖHTƏŞƏM, DƏLİSOV VƏ "MÜMKÜNSÜZ" XƏYALLARINI GERÇƏKLƏŞDİRMƏLƏRİ ÜÇÜN CƏMİYYƏT, MƏKAN VƏ UNİKAL BÖYÜMƏ RESEPTİ YARADAN PLATFORMADIR
Facebook'un versiyasına görə, dünyanın Top 100 cəmiyyətlərindən biri və MDB-dən bu siyahıya düşən tək cəmiyyət olaraq, bu platforma xəyalın yeni formatı və məkanına qapılarını açır
3 WoWoman Community:
Kim üçün və hansı məqsədlərlə?
"DREAM" MEMBERS COMMUNITY
Karyeranın və fərdi inkişafın başındasan? Bəlkə də hələ də oxuyursan və hər şeyi sıfırdan başlayırsan? O zaman, çox güman ki, bu birlik sənin üçündür.

Keyfiyyətli əhatəyə yol tap, başlanğılarında dəstək tap, hər şeyi necə daha tez və daha yaxşı həyata keçirəcəyinə, əmək bazarında necə üstünlük qazanacağına dair dəyərli məlumatı əldə et.

"GROW" PROFESSIONALS COMMUNITY
Sən artıq hansısa bir sahədə peşəkarsan və inkişaf və ruhlanmaq üçün konkret alətlər axtarırsan?

Peşəkar və fərdi inkişafını tezləşdir, şəxsi biznesini necə quracağını təcrübəli sahibkarlardan öyrən; özünü həmfikirlərlə əhatə edərək, məqsədlər qoy və onlara çat.
"INSPIRE" BUSINESS COMMUNITY
Top idarəetmədəsən və ya sahibkarsan? Yüksək məqsədlər qoyur, özünü tanıyır və nə istədiyini bilirsən? Daha çox inkişaf, artım və həyatında balans istəyir, keyfiyyətli şəbəkənin vacibliyini anlayırsan?

Özünü ölkəmizin ən uğurlu qadınları ilə əhatə et, iş və özünə ayırdığın zamanın arasındaki balansı tap, cəmiyyətə və dünyaya müsbət təsirini formalaşdır.
Birliklərə üzv olma prosesi
1
Müraciətin doldurulması
Bizə özün, məqsədlərin və prioritetlərin haqqında yaz, və biz səninlə 48 saat ərzində əlaqə saxlayacayıq
2
WoWoman komandası ilə tanışlıq-müsahibə
Birlikdə biz müəyyən edəcəyik ki, hansı birlik sənin üçün daha faydalı və uyğundur
3
İllik ödəniş və rəsmi giriş
Tanışlıq-müsahibədən və birlik təyin olunduqdan sonra, sən illik abunə alırsan və birliklərdən birinin üzvünə çevrilirsən.


"INSPIRE" biznes üzvləri nə deyirlər?
Hökümə İsmayıl Kərimova
Head of PR & Marketing Yarat Art&Space
4 ildir WoWoman'а heyranam və dəyəri böyük olan bu platformanın bir üzvü olmaqdan qürur duyuram! Günümüzdə güclü şəbəkə və cəmiyyətsiz, keyfiyyətli karyera, biznes inkişafından və fərdi inkişafdan danışmaq çox çətindir.
Elnarə Naxmedova
"Beautech" salonlar şəbəkəsinin sahibi
Çox heyif ki, 10 il əvvəl mən öz biznesimi qurmağa başlayarkən belə infrastruktur, dəstək və cəmiyyət yox idi. WoWoman qadının həm şəxsi, həm də professional inkişafı üçün çox vacib dəyərləri və alətləri ötürür. Şəxsi inkişafına zamanını, enerjini və maliyyəni investisiya etmədən, məqsədlərinə çatmaq mümkün deyil.
Rəsminə Qürbətova
"Resm" brendin yaradıcısı
Azərbaycan qadının çox böyük potensialı var. Onun sadəcə inanmağa ehtiyacı var. Ona ilham və dəstək lazımdır. WoWoman - təkcə xəyal edən yox, həm də məqsədlərini həyata keçirməyi istəyən və bacaranlar üçün bir platformadır. Və əlbəttə ki, bu cür qadınlar və qızların yanında olmaq, onlardan öyrənmək, onlarla təcrübəni bölüşmək və ilham almaq istəyirsən.
WoWoman Member
olduqdan sonra nə əldə edirsiniz?
GÜCLÜ HƏMFİKİRLƏR BİRLİYİ
İLDƏ 24 netvorkinq TƏDBİRİ
AÇIQ DƏRSLƏR
PSİXOLOQ VƏ KOUÇLARLA MÜTƏMADİ GÖRÜŞLƏR
MEDİTASİYALAR
FİLM AXŞAMLARI / MUSİQİ AXŞAMLARI
WOWOMAN SPACE ENDİRİMLƏRİ
FƏRQLI SAHƏLƏRDƏ IŞLƏYƏN MƏSLƏHƏTÇILƏRLƏ GÖRÜŞLƏR
VIP QONAQLARLA EKSKLUZİV GÖRÜŞLƏR
BAĞLI FACEBOOK QRUP VƏ ONLAYN VEBINARLAR
USTAD DƏRSLƏRİ
BİR SÖZLƏ, DAİMİ İNKİŞAF VƏ İLHAM
Communities
"DREAM" members
"GROW" professionals
"INSPIRE" business
İllik 24 şəbəkələşmə tədbiri
İl ərzində psixoloq və kouçla qrup görüşləri
Facebook-dakı qapalı qrupa və online yayımlara qoşulmaq imkanı
Açıq dərslər
Master Klasslar
Meditasiya
Kino və musiqi axşamları
VIP qonaqlarla eksklüziv görüşlər
Müxtəlif sahələrin mütəxəssisləri ilə görüşlər
Təlimlər keçmək imkanı
WoWoman Məkanında xidmətlərə endirim
5%
10%
15%
"DREAM" members
qiymət 199₼
qənaət edirsiz 20₼

₼179
10% endirim
Müraciət et
"INSPIRE" business
qiymət 899₼
qənaət edirsiz ₼90
₼809
10% endirim
Müraciət et
WoWoman "qüsursuz" deyil, o canlıdır, olduğu kimidir və hərtərəflidir. Sadəcə özün üçün məqsəd və arzular müəyyən edərkən, əmin ol ki, sən onlara doğru tək yox, onların həyata keçməsini effektiv və xoş edəcək çox böyük dəstək və infrastrukturla gedəcəksən.
Zara Hüseynova
WoWoman-ın Təsisçisi


Bütün bunlar xüsusi məkanda baş verəcək
WoWoman Space
Səni əhatə edən məkan uğurunun 30%-ə təsir edir.

Biz anladıq ki, Bakıda sənin ruhlanacağın və hüzur tapacağın, rəfiqənə rast gələcəyin və, nəhayət, kitabını və ya şəxsi biznesinin planını yazmağa başlayacağın bir məkana ehtiyac var.

Özünəməxsus müasir dizayn, ən ləzzətli kofesi olan kafe, iş və görüşlər üçün, uşaq otağı olan, yoqa və ingilis dili dərsləri təklif edən məkan.


Sevimli Bakının tam mərkəzində
WoWoman Space Səməd Vurğun, 34, AF Mall ünvanında yerləşəcək.

4-cü mərtəbə. Şəhərə açılan bənzərsiz mənzərəsi və gözəl terrası ilə.

Rahat yol qovşağı və parking ilə.

Bu gün müraciət et və 15% endirimlə abunəlik əldə et*

*bütün community-lərdə yer sayı məhduddur.
Qəbul etdiyin andan hər şeyin alınacağı bir həp yoxdur. Və WoWoman üzvlüyü və Space də həmin həp deyil. Lakin burada birliyin və infrastrukturun dəstəyi sayəsində sən özünü daha əmin hiss edəcəksən və daha çox alınacaq. Alınmayanda isə, biləcəksən ki Community və WoWoman Space yanındadır.
Zara Hüseynova
WoWoman-ın Təsisçisi
Tez-tez verilən suallar
Endirimlər nə vaxta kimi davam edəcək?
Təqdim olunan endirimlər açılışla bağlı müvəqqətidir. Endirimli abunəlik sayı məhduddur və hər an bitə bilər. Ona görə də həyatdakı başqa şeylər kimi, bunu da sabaha saxlamağa dəyməz.
    Ödənişdən nə qədər sonra WoWoman cəmiyyətində iştirak edə biləcəm?
    WoWoman Space-in açılışı 2019-cu ilin aprelinə planlaşdırılıb, o tarixdən etibarən siz bizim cəmiyyətimizdə iştirakınıza başlaya biləcəksiniz. Müraciətinizi sonraya saxlamayın; ola bilsin ki açılış vaxtına yerlər qalmasın.
    WoWoman üzvü olmadan xidmətlərdən istifadə etmək mümkündür mü?
    Siz cəmiyyətin fəaliyyətində iştirak edə, şəbəkədən və dəstəkdən faydalana bilməyəcəksiniz, sizin WoWoman Space endirimləriniz olmayacaq. Siz yalnız ingilis dili və yoqa dərsləri daxil olmaqla, müəyyən kurslara yazıla bilərsiniz.
      Spikerləriniz / məşqçiləriniz nə qədər güclüdür?
      4 il ərzində WoWoman komandası 250-dən çox treninq və kurs keçirib, onlarda 8000-dən çox qadın iştirak edib. Hər bir spikeri və məşqçini biz şəxsən seçirik, hər birinin də qüsursuz etibarı var.
      Əla! WoWoman cəmiyyətinin üzvü olmağı çox istəyirəm! Ödənişi hissə-hissə edə bilərəm mi?
      Hal-hazırda 2 hissəli ödəmə imkanı mövcuddur. Müqavilə imzalandıqda 50% və növbəti ay - 50%. Bu halda endirim nəzərə alınmır.
      Ödəniş necə həyata keçirilir?
      Tanışlıq-müsahibə və üzvü olacağınız birliyi təyin etdikdən sonra, sizə kuryer vasitəsilə müqavilə və kart göndərilir. Ödəmə kuryerə edilir.
      WoWoman member olaraq cəmiyyət üçün öz ideyalarını və yeniliklərini təklif etmək olarmı?
      Əlbəttə. Nəinki olar, hətta lazımdır. Cəmiyyəti onun iştirakçıları yaradır. Bütün komanda üçün sizin rəyiniz vacibdir.
      Sertifikat verirsiniz mi?
      Bizim prinsipial mövqeyimiz odur ki, biz qeyd üçün yox, real biliklərə uyğun sertifikat veririk. Bu o deməkdir ki, 2 saatlıq təlimlər və tədbirlər üçün sertifikatlar olmayacaq. Lakin hər hansı bir kursda, intensiv təlimdə və s. iştiraka görə sertifikat verilməsi nəzərdə tutulub.
      Mənim iş vaxtım sizin tədbirlərinizlə üst-üstə düşmürsə nə edim?
      Bütün tədbirlərimizdə iştirak etməyinizə ehtiyac yoxdur, bu fiziki olaraq da mümkün deyil. Tədbirlərimiz çox olacaq və müxtəlif vaxtlarda keçiriləcək. Tədbirlərin çoxu həftə sonu və iş gününün bitməsinə yaxın keçiriləcək; bu da o deməkdir ki, məhz sizin üçün prioritetdə və maraqlı olan təlimlərdə iştirak edə biləcəksiniz.

      Həmçinin təlimlərin çoxunun yazısı olacaq və siz onlara onlayn rejimdə bağlı qrupumuzda baxa biləcəksiniz. Əgər siz uşağınızı heç kimlə saxlaya bilmədiyiniz üçün təlimdə iştirak edə bilmədinizsə, narahat olmağa dəyməz. Biz sizin övladınızın qayğısına mərkəzimizdə olan Uşaq otağında qalarıq.
      Ödənişə neçə tədbir daxildir?
      İl ərzində 24 tədbir təşkil edilir. Tədbirlərin daha yüksək keyfiyyətli olması üçün iştirakçı sayı məhdud olur; buna görə də biz mütəmadi olaraq sizə təlimlər haqqında xatırladacayıq ki, bütün tədbirlərdən xəbəriniz olsun.
      Müraciət et və biz səninlə əlaqə saxlayacağıq
      Bizimlə əlaqə
      +994 70 708 22 68 (Whatsapp)
      +994 50 277 71 68
      Sualın var?
      Call Close
      Nömrəni qoy - sənə geri zəng edəcəyik!
      Və ya özün zəng edə bilərsən:
      +994 70 708 22 68 (Whatsapp) +994 50 277 71 68
      Write Close
      Close
      Bizə yaz
      Sənə rahat olan üsul ilə bizə yaz
      Whatsapp
      Messenger
      Mail
      Və ya bizə zəng vur
      +994 70 708 22 68 (Whatsapp)
      +994 50 277 71 68