#wowomantips
Deep work texnikası ilə məhsuldar işləyək
WoWoman, bəs sən məhsuldar iş dünyasına qərq olmağa hazırsan?
WoWoman, bəs sən məhsuldar iş dünyasına qərq olmağa hazırsan? Kel Nyuport öz "Deep work: Rules for Focused Success in a Distracted World" məhsuldarlığın artırılmasına yönəlmiş maraqlı üsullardan bəhs edib.
Gəlin əsas bəndlərə nəzər salaq:

  • Düzgün zamanı seç. Biz hamımız çox fərqliyik və aktivliyimizin pik nöqtəsi fərqli saatlara təsadüf edir, kimiləri səhər tezdən çalışmağı, kimiləri isə gecə səssizliyində çalışmağı sevir. Bu səbəbdən, özünü müşahidə et və fikrini toplamağa ən rahat zamanı seç və həmin saatı fəaliyyətinə sərf et.

  • Fikrini cəmlə. Layihən üzərində çalışdığın zaman səni yayındıran amillərdən maksimal dərəcədə uzaq durmağa çalış: telefonu söndür və ya onu səssiz rejimə qoy, brauzerdə işlətmədiyin səhifələri bağla, elektron ünvanını yoxlama. Beynimiz elə qurulub ki, biz günümüzün yalnız 4 saatını məhsuldar işə sərf edə bilirik, qalan zamanı səthi işlər görürük. Bu da növbəti bəndin yaranmasına şərait yaradır.

  • Prioritetlər qoy. Bizə çox vaxt elə gəlir ki, gördüyümüz bütün işlər vacibdir. Lakin bir qədər düşündükdə görürür ki, bu heç də belə deyil. Maksimum zaman və enerji tələb edən məqsədləri seç və ilk onlardan başla. İngilis dilində gözəl bir ifadə var: "Eat that Frog"- öncəliklə sizə qarışıq gələn və bəyənmədiyiniz işlərin öhdəsindən gəlmək lazımdı.

  • İstirahət et. Bəli, əgər layiqincə işləmisənsə, o zaman dincəl. Gördüyün işlər haqda sonsuz düşüncələrini kənarlaşdırdığın zaman ayır və işlə bağlı düşüncələri beynivə yaxın buraxma. Dostlarınla zaman keçir, parkda gəz, doğmalarını ziyarət et.
Sizə xoş həftə və yeni qələbələr arzu edirik!