#wowomantips
Eyzenhauer matrisi ilə vaxtın idarə edilməsi
Zamandan faydalana bilmək üçün isə işlərinizi planlaşdırmağı və bölüşdürməyi öyrənmək lazımdır
Zaman - ən dəyərli resursdur. Zamandan faydalana bilmək üçün isə işlərinizi planlaşdırmağı və bölüşdürməyi öyrənmək lazımdır. Bugün sizlərlə daha bir maraqlı üsulla tanış olacağıq. Eyzenhauer matrisası— vaxtın idarə olunması sa həsində tanınmış vasitələrdən biridir.
Bu texnikanın əsasını ABŞ-ın 34-cü prezidenti Duayt Devid Eyzenhauer qoyub. Bu metodun məğzi işlərinizi 4 qrupa bölməkdən ibarətdir:

✔️ Vacib və təcili olanlar.
Bu qrupa ən vacib, təxirəsalınmaz, narahatlıqlar doğura bilən, yerinə yetirilməməsi qarşınıza qoyulan məqsədlərə çatmanıza mənfi təsir göstərə bilən işlər aiddir. Əgər Eyzenhauerin bacarığına sahibsinizsə, o zaman bu bölmə sizdə hər zaman boş olacaq.

✔️ Vacib, lakin təcili olmayanlar.
Bu qrup ən aktiv hesab olunur. Burada qeyd olunan işlər ən prioritetli və prespektivli olanlardır. Məhz onlar sizi qələbəyə doğru aparır. İşlərin təcili olmaması onları ətraflı düşünərək və konstruktiv şəkildə həll etməyə imkan verir ki, bu da işə tam şəkildə qərq olmağa və detalları incələməyə kömək edir. WoWoman-ın super qabiliyyəti – bu işləri müəyyən etmək və ilk növbədə onları həll etməkdir.

✔️Təcili, lakin mühüm olmayanlar.
Bu qrupa sizi hədəflərinizə doğru irəlilətməyən, lakin diqqət yönəltməyiniz gərəkən işlər aiddir. Bu işlər sırasına adətən məişət və gündəlik işlərin görülməsi, təcili görüşlər, qohumlara ziyarət daxidir.

✔️Vacib və təcili olmayanlar.
Sizə heç bir fayda verməyən, lakin bilməniz gərəkən vəzifələr, çünki məhz elə onlar "zamanınızın qatilləridir": sosial şəbəkərlərdə postları izləmək, dostlarla uzun telefon danışıqları.



Eyzenhauer matrisası sizə işlərinizi düzgün bölüşdürməyi və sizin üçün həqiqətən də vacib olan işlərə zaman ayırmağı öyrədəcək. Tələsik halda bir neçə işin "qulpundan yapışmaq" sizə stress yaşadır, lakin vəzifələrinizi vaxtında icra etsəniz, işləriniz qaydasında olsa və hədəflərinizə nail olsanız, o zaman bütün bunlar baş verməyəcək. Sizə məhsuldar həftə arzulayırıq, əziz WoWoman!