#wowomantips
Yaradıcılığı və diqqəti artıran musiqilər
Birmingham Universitetində aparılan araşdırmalara görə, rutin işlərlə məşğul olarkən musiqi dinləmək faydalılığı artırır.
Yaradıcı düşüncə ayı ilə əlaqədar yaradıcılığımızı artıracaq musiqilərdən danışmaq istədik, bu gün. İşlədiyimiz zaman ətrafımızda tez-tez diqqətimizi yayındıracaq şeylər olur. Musiqi sayəsində fəaliyyətimizə nəzarət edə bilərik. Birmingham Universitetində aparılan araşdırmalara görə, rutin işlərlə məşğul olarkən musiqi dinləmək faydalılığı artırır. Gələn maillərə nəzarət etmək kimi baş sındırmalı olmadığımız işləri görərkən musiqi dinləmək faydalıdır.
✔️Təbiət səsləri olan musiqilər. Rensselaer Politexnik İnstitutunda araşdırmaçılar musiqilərə əlavə edilən təbiət səslərinin emosiyalara və diqqətlilik müddətinə müsbət təsir etdiyini kəşf ediblər.

✔️Qulaq asmaqdan zövq aldığımız musiqilər Sevdiyiniz musiqilər sizin əhvalınızı yaxşılaşdıra bilir. Miami Universitetində Musiqi Terapiyası proqramından Teresa Lesiuk, işlədiyiniz vaxtda seçdiyiniz fon musiqilərinin şəxsi zövqə uyğun olmasının müsbət təsiri fikrini irəli sürdü. İşçilər iş müddətində sevdikləri musiqiləri dinlədikləri zaman, işi daha tez tamamlayır və daha yaradıcı fikirlər təklif edirlər. Və ya əksinə, sevdiyi musiqini dinləməyən işçilər aşağı tempdə işləyirlər. Lesiuk deyir, "Stress altında daha tez qərar vermə iqtidarındayıq, çünki diqqətimizi bir tərəfə yönəltmə bacarığımız stress altında yetəri qədər işləmir. Pozitiv əhvalda olarkən daha çox situasiyanı dəyərləndirib ağıllı qərar verə bilirik"

✔️Sözsüz musiqilər. Sözlər diqqəti dağıdır. Cambridge Sound Management Şirkətinin araşdırmasına görə yüksək səs diqqətin yayınmasına təsir etmir, onun əsl səbəbi ətrafındakı danışıqları eşitmək və anlamağa çalışmaqdır. Şirkətin 2008-ci ildə apardığı araşdırmaya görə ətrafdakı söhbətlər ofis işçilərinin 48%-nin diqqətinin yayınmasına səbəb olur. Bu səbəbdən işlədikdə sözsüz musiqilər dinləməkdə fayda var.

✔️Sabit templi musiqilər. Dinlədiyiniz musiqilərin tempinin də müxtəlif təsirləri mövcuddur. Kanadada aparılan araşdırmaya görə yüksək templi musiqi dinləyənlər İQ testindən daha yüksək nəticə əldə edirlər. Edəcəyiniz iş üçün hansı temp lazımdırsa, musiqini də həmin tempdə seçə bilərsiniz. 3 universitet tərəfindən aparılan ortaq araşdırmaya görə "Baroque" üslubunda musiqi dinləmək edilən işin keyfiyyətini və əhvalı yüksəldir.