self-care
Stressdən azad olmaq istəyirsən?
Meditasiya və dünyanın qavrama sənin yeni yoldazşlarındı!
Biz stress və həyəcan dövründə yaşayırıq: işdə və təhsildə narahtlıq, bitməyən sosial şəbəkə yoxlamaları. Bizi həddindən artıq lazımsız məlumat yığını əhatə edir. Və bu məlumatların çox hissəsi başımızda toplanır. Buna gorə də, gəlin bu neqativlə birlikdə mübarizə aparaq.
Materiallara dair linkləri rəy bölməsinə yerləşdirəcəm, indi isə bir neçə effektiv vasitədən yazacam:

✓ Meditasiya – sənin müdriklik və rahatlıq dünyasına bələdçindir. O, sənə pis düşüncədən qurtulmağa, qəlbinin səsinə qulaq asmağa, düşüncələrini qaydaya salmağa və cisminin və ruhunun dincəlməsinə kömək edəcək. Mən Insight Timer tətbiqini istifadə edirəm. Proqramın içərisində bir neçə kateqoriya var: yuxu, minnətdarlıq, rahatlanma, özünüsevmə və s. Mövzuları filtrləmək olar. Hər bir fəaliyyətə vaxt qoymaq olur, ortalama, bir gündə 10 dəqiqə ilə başlamağı məsləhət görürəm. Əvvəlcə, ətrafdan təcrid olunub, daxilinlə danışmaqdan əl çəkmək çətin olur. Lakin bütün yeni vərdişlər kimi, bu da təcrübəylə əldə olunur. Ən müsbət cəhətlərindən biri də odur ki, xüsusi bir yerə getmədən və ya xüsusi geyim geyinmədən işdə fasilə zamanı, evdə, küçədə skamyada oturarkən belə meditasiya edə bilərsiniz. Sənə lazım olanlar: sən, telefon və Zeni qavramaq istəyindir.

✓ Yoqa – fiziki və ruhi harmoniyanın qorunması üçün edilən bədən və tənəffüs hərəkətləridir. Əgər sən, asanaları yerinə yetirmək üçün özünü sıx düyün formasında təsəvvür etdinsə, o zaman, dayan, nəfəs al, biz bundan danışmırıq. Yutube-da Adriananın kanalına yazılmışam, onun yeni başlayanlar üçün 30 günlük yoqa kursu var. O, hər şeyi asan və anlaşılan formada izah edir. Yeri gəlmişkən, bununla ingilis dilini də yaxşılaşdıra biləcəksən 

✓ Fiziki hərəkətlər - ən sadə və hər kəsə uyğun bir vasitədir: yatağından qalxan kimi başla! Bir neçə fiziki hərəkət ayılmağına, gümrahlaşmağına, metabolizm prosesini işə salmağa və qan dövranını yaxşılaşdırmağa kömək edəcək. Bu qədər müsbətləri olan bir prosesə niyə elə indi başlamayasan?!
Yeni vərdişlərini daha yaxşı kontrol etmək üçün vərdişlərinin qeydiyyatını apar. Elə bu haqda əvvəlki yazımda danışmışdım. Məsələn, bu mövzuda WoWoman Planner işinə çox yarayacaq. Bu, tənbəllik etməməyə və vərdişlərini davamlı olaraq yerinə yetirməyə kömək edəcək.
Və təbii ki, gülümsəməyi unutma. Təbəssüm – yaxşı əhvalın və gözəlliyin əsas şərtidir. Xoş və pozitiv insan ünsiyyət qurmaqda çətinlik çəkmir və istənilən danışıqların öhdəsindən asanlıqla gəlir, çünki o, ətrafdakılara öz pozitiv enerjisini paylayır.