#wowomantips
Stressi azaldan 5 ən sadə üsulu
Stress sağlamığımız üçün ən ziyanlı amillərdən biridir
Stress sağlamığımız üçün ən ziyanlı amillərdən biridir. Bu səbəbdən stresslə mütləq mübarizə aparmaq lazımdır. İş, dərs, şəxsi münasibətlərdə gərginlik, planlarımızın istədiyimiz kimi getməməsi bizdə stessin yaranmasına səbəb olur.

Stress vəziyyətinə düşdükdə dərhal hərəkətə keçmək lazımdır.
Bu kimi sadə üsullar stressi başlanğıc mərhələsində söndürə bilər:

???? Saqqız çeynəyin. Alimlər sübut edirlər ki, çeynəmə hərəkətləri stressin azalmasına kömək edir.

???? Musiqiyə qulaq asın. Aparılmış araşdırmalar sübut edib ki, musiqi stressin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Xoşladığınız musiqiyə qulaq asın, bu rəqs musiqisi, rok və ya əksinə, klassik, həzin musiqi ola bilər.

???? Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stressin azalmasına kömək edir.

???? Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyəcanı, qorxunu, stressi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın və asta nəfəs verin. Döş qəfəsinin hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.

???? Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stressin azalmasını hiss edirlər. İdman etmək stressin yaranmasına qarşı ən güclü silahlardandır.
Ən əsası unutmayın ki, siz çox dəyərlisiniz. Sağlamlığınızı qoruyun ❤️