"SHE'S NEXT EMPOWERED BY VISA AZERBAlJAN"
MÜSABİQƏSİNİN
(BUNDAN SONRA – "MÜSABİQƏ")
QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "SHE'S NEXT EMPOWERED BY VISA AZERBAIJAN" müsabiqəsinin (bundan sonra "Müsabiqə") məqsədlərini, vəzifələrini, iştirakçıların seçimini və Müsabiqənin keçirilmə qaydalarını müəyyən edirlər.

1.2. Müsabiqənin təşkilatçısı (bundan sonra "Təşkilatçı") "Noblet Media Limited" şirkətidir. Şirkət Kipr qanunvericiliyinə əsasən qeydiyyatdan keçib; qeydiyyat nömrəsi 173925; rəsmi ünvan:

  • Mpoumpoulinas 1-3, Boubolina Building, mənzil 42, 1060, Nikosiya, Kipr.

1.3. Müsabiqənin həm-təşkilatçısı (bundan sonra "Həm-təşkilatçı") "Vovoman" MMC şirkətidir, rəsmi ünvanı:

  • Mehdi Mehdizadə küçəsi, 27/2, Bakı, Azərbaycan.

Təşkilatçı və Həm-Təşkilatçı birlikdə "Təşkilatçılar" kimi tanınırlar.

1.4. Müsabiqə "Visa International Service Association" şirkətinin (bundan sonra "Visa") dəstəyi ilə keçirir, rəsmi ünvan:

  • 900 Metro Center Boulevard, Foster City, CA 94404, ABŞ.

1.5. Müsabiqənin rəsmi dili Azərbaycan dilidir. Təlim, əsas kommunikasiya və final tədbir Azərbaycan Respublikasının dövlət dilində keçiriləcək. İştirakçılar iştirak ərizələrini Azərbaycan və ya rus dillərində verə bilərlər. Video pitçinq və final pitçinq çıxışı azərbaycan və ya rus dillərində ola bilər.

1.6. Müsabiqə iki kateqoriyada keçiriləcək: "Əməli biznes" və "Biznes ideyası".

1.7. Hazırkı Müsabiqənin keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənir.

1.8. Müsabiqə iştirak hazırkı Qaydalarla razılığı ehtiva edir. Hazırkı Qaydalara əsasən Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş və ərizə vermiş şəxslər Müsabiqə iştirakçıları kimi tanınırlar (bundan sonra tək halda "İştirakçı" və cəm halda "İştirakçılar).

1.9. Müsabiqə reklam xarakteri daşımır, reklam oyunu və ya reklam kampaniyası deyil. Eynilə, Müsabiqə lotereya və ya mərc oyunu da deyil, Müsabiqədə iştirak Təşkilatçıdan, Visa-dan və ya digər tərəflərdən mal (iş, xidmət) almağı və ya istifadə etməyi tələb etmir, iştirakçılar tərəfindən hər hansı ödənişlərin və ya yığımların edilməsini nəzərdə tutmur, nə də riskə və ya bəxtə əsaslanmır.

1.10. Qaydalarda istifadə olunmuş termin və anlayışlar yalnız Müsabiqəyə aiddir.


2. MÜSABİQƏNİN MƏQSƏDİ, VƏZİFƏLƏRİ VƏ KEÇİRİLMƏSİ PRİNSİPLƏRİ

2.1. Müsabiqə qadınların sahibakrlıqda və startap hərəkatında liderliyini dəstəkləmək məqsədi ilə keçirilir. Müsabiqə iştirak üçün öz biznesinin təsisçisi və ya təsisçilərdən biri olan, biznesini inkişaf etmək, yaxud ona başlamaq niyyətində olan qadınlar dəvət olunur, bizneslərini idarə edən. Müsabiqə vasitəsilə Təşkilatçı və Həm-təşkilatçı qadınları öz liderlik potensialını aşkar etməyə, öz biznes layihələrini təqdim etməyə, digərlərini həvəsləndirməyə, eləcə də bizneslərinin inkişafı üçün maliyyə dəstəyi və peşəkar bacarıqlar əldə etməyə sövq edirlər (maliyyə dəstəyi heç bir gəlir motivi olmadan, yalnız iştirakçıların şəxsi biznesinin inkişafı və dəstəklənməsi məqsədilə verilir)

2.2. Müsabiqənin vəzifələri:


2.2.1. İştirakçıları sahibkarlıq sahəsində özlərinin mövcud və ya planlaşdırılan layihələrini təqdim etməyə sövq etmək;

2.2.2. qadın sahibkarlığı layihələrini təşviq etmək;

2.2.3. qadınlara bizneslərinin inkişafı üçün təhsil və maliyyə yardımı göstərmək (maliyyə dəstəyi heç bir gəlir motivi olmadan, yalnız iştirakçıların şəxsi biznesinin inkişafı və dəstəklənməsi məqsədilə verilir)

2.2.4. İştirakçılar arasında təcrübə mübadiləsi platforması rolunu oynamaqla, onların inkişafına və ən yaxşı təcrübələrin yayılmasına nail olmaq.

2.3. Müsabiqə obyektivlik, şəffaflıq, bərabər imkanlar və maraqlar toqquşmasının yolverilməzliyi prinsipləri əsasında keçirilir.


3. MÜSABİQƏDƏ İŞTİRAK HÜQUQU

3.1. Aşağıdakı tələblərin hər birinə cavab verən şəxslər Müsabiqədə iştirak etmək hüququna malikdirlər:

• yaşı 18-dən az olmayan;

• Azərbaycan Respublikasının vətəndaşları, yaxud Azərbaycan Respublikasında daimi yaşayış hüququna malik olan və Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər;

• kiçik və orta biznes müəssisəsinin təsisçiləri, həm-təsisçiləri, müdirləri və ya yüksək-səviyyəli menecerləri (bundan sonra "Əməli Biznes Nümayəndələri"), yaxud biznesini açmağa planlayan və ya istənilən mərhələdə biznes ideyasına malik olan şəxslər (bundan sonra "Biznes İdeyası Nümayəndələri").

3.2. Təşkilatçı və ya Həm-təşkilatçı ilə əmək münasibətlərində olan şəxs, onun əri (arvadı) və yaxın qohumları və ya həmin şəxslə əmlak münasibətlərində olan şəxslər İştirakçı ola bilməz.


4. MÜSABİQƏNİN MƏRHƏLƏLƏRİ VƏ ŞƏRTLƏRİ

4.1. Müsabiqə aşağıdakı mərhələlərdən ibarətdir:

• birinci seçim mərhələsi: qeydiyyat və ərizələrin verilməsi;

• onlayn təlim;

• ikinci seçim mərhələsi: video təqdimatlar və finalçıların seçilməsi;

• final: canlı təqdimatlar və qaliblərin müəyyən edilməsi.

4.2. Müsabiqənin keçirilməsi üçün ilkin tarixlər: 1 sentyabr – 19 noyabr 2022. Müsabiqənin hər bir mərhələsinin keçirilmə tarixləri barədə wowoman.org saytında, eləcə də Instagram səhifələrində məlumat yerləşdirilir.

4.3. Müsabiqə 2 qrup İştirakçı üçün keçirilir: Əməli Biznes Nümayəndələri və Biznes İdeyası Nümayəndələri. Müsabiqənin mükafat fondu bu Qaydaların 7-ci bölməsində göstərildiyi tərzdə bölüşdürələcək.

4.3.1. Bununla əlaqədar, Əməli Biznes Nümayəndələri və Biznes İdeyası Nümayəndələri üçün bərabər hüquqlar təmin etmək, 2 qrup İştirakçı arasında tarazlıq yaratmaq və onlayn təlimi qəbul edəcəyi serverlərin izafi texniki yüklənməsinin qarşısını almaq, eləcə də Müsabiqənin keyfiyyətini qoruyub saxlamaq məqsədilə, Təşkilatçı bəzi şəxslərin iştirak ərizələrini, Qaydaların 3-cü və 6-cı bölmələrinin tələblərinə uyğun olduqlarına rəğmən, qəbul etməmək hüququnu özündə saxlayır.

4.4. Müsabiqədə iştirak etmək hüququna malik olan (Qaydaların 3-cü bölməsinə uyğun gələn, eləcə də 6-cı bölmənin tələblərini pozmayan) şəxslər Müsabiqədə iştirak etmək üçün wowoman.org saytında yerləşdirilmiş anketi doldurmaqla aşağıdakı şərtlərlə qeydiyyatdan keçirlər və onlayn təlimdə iştirak üçün namizəd olurlar:

4.4.1. qeydiyyat mərhələsində namizəd Müsabiqənin şərtləri və qaydaları ilə tanış olduğunu və razı olduğunu bəyan edir, habelə fərdi məlumatlarının Təşkilatçılar tərəfindən yığılması, emalı və saxlanmasına razılığını bildirir;

4.4.2. namizəd qeydiyyat formasına daxil etdiyi məlumatların doğru və dəqiq olmasını təmin edir. Təşkilatçıların namizədlərin qeydiyyat formasında göstərdiyi məlumatları dəqiqləşdirmək hüququ var;

4.4.3. hər bir namizəd Müsabiqədə iştirak üçün yalnız bir dəfə qeydiyyatdan keçə bilər;

4.4.4. Qeydiyyat mərhələsini uğurla başa vurmuş və Təşkilatçılardan təsdiq almış bütün namizədlər onlayn təlim mərhələsində iştirak etmək hüququ qazanırlar.

4.5. Onlayn təlim. Bu mərhələ Zoom proqramı vasitəsi ilə onlayn rejimdə keçirilir. Təlim zamanı peşəkar təlimçilər İştirakçıların növbəti mərhələlərdə uğurlu iştirakını üçün onlara səmərəli "pitçinq" (təqdimat) əsasları üzrə dərs keçirlər. Onlayn təlim bitəndən sonra onun video yazısı Müsabiqənin qapalı Facebook qrupunda dərc olunacaq: https://www.facebook.com/groups/2750493741930463.

4.6. İkinci seçim mərhələsi. Əvvəlki mərhələləri uğurla adlayan İştirakçılar bu mərhələdə öz biznesinin və ya biznes ideyasının təqdimatı üçün video çarx yazmalıdırlar.

4.6.1. Video çarxın uzunluğu: maksimum 2 dəqiqə. Video çarxda İştirakçı öz biznes layihəsini təqdim etməli və niyə qalib olub mükafatı almalı olduğuna dair suala cavab verməlidir.

4.6.2. Video təqdimatı hazırlamaq üçün hər bir İştirakçıya bir həftə vaxt veriləcək. İştirakçı hazır video çarxı Təşkilatçıların elektron ünvanına (wowoman.org@gmail.com) göndərməli və ya internetdəki sosial şəbəkələrində #ShesNext, #ShesNextbyVisa, #ShesNextAzerbaijan həştəqləri ilə yerləşdirməlidir (paylaşımlara istinadlar Təşkilatçıların elektron ünvanına göndərilməlidir).

4.6.3. Bu mərhələdə Təşkilatçılar final üçün 12 iştirakçı seçəcəklər.

4.7. Final. Finalçılar Bakı otellərinin birində keçiriləcək canlı Visa Elevator Pitch tədbirinə dəvət alacaqlar. Finalın keçirilməsi vaxtı və yeri İştirakçılara Təşkilatçı və ya Həm-təşkilatçı tərəfindən əvvəlcədən bildiriləcək.

4.7.1. 12 finalçı öz layihələrini münsiflər önündə təqdim edir. Təqdimat 2 dəqiqədən çox davam etməməlidir.

4.7.2. Münsiflərin qiymətləri əsasında Müsabiqənin 2 qalibi müəyyən olunacaq: biri Əməli Biznes Nümayəndəsi, biri də Biznes İdeyası Nümayəndəsi (bundan sonra tək halda "Qalib" və cəm halda "Qaliblər").


5. İKİNCİ SEÇİM MƏRHƏLƏSİNDƏ VƏ FİNALDA İŞTİRAKÇILARIN QİYMƏTLƏNDİRİLMƏSİ MEYARLARI

5.1. İştirakçıların işgüzar bilik və bacarıqlarının qiymətləndirilməsi aşağıdakı meyarlara əsəsən aparılır:

5.1.1. Əməli Biznes Nümayəndəsi üçün:

  • Öz biznesinizi aydın şəkildə başa düşmək: onun dəyərləri və missiyası, UST, inkişaf potensialı - o cümlədən xüsusi bazar göstəriciləri, marketinq araşdırmalarıı əsasında (öz və ya ictimai) və s.

  • Müştəriləri yaxşı başa düşmək: hədəf auditoriyanı, onun tələblərini və ehtiyaclarını dərindən bilmək - o cümlədən xüsusi tədqiqatlar və sorğular əsasında (öz və ya ictimai) və s.

  • Biznesin inkişafına aydın baxış: dəqiq biznes strategiyası, biznesin inkişafının gələcək mərhələlərinin başa düşülməsi, zəruri resurslar; finalçı diqqətini nəyə yönəltməyi, mükafat fondunu nəyə xərcləməyi planlaşdırır.


5.1.2. Biznes İdeyası Nümayəndəsi üçün:

  • Öz biznes ideyasına və onun həyat qabiliyyətinə dair aydın təsəvvür: biznes modelinin anlayışı, gələcək biznesin dəyəri və missiyası,UST, inkişaf potensialı və biznes planının mövcudluğu, o cümlədən xüsusi bazar göstəriciləri, marketinq araşdırmaları əsasında (öz və ya ictimai) və s.

  • Auditoriyanı yaxşı başa düşmək: potensial hədəf auditoriyası və onun cari tələbi və ehtiyacları haqqında bilik, o cümlədən xüsusi bazar göstəricilərinə əsaslanaraq, bazar araşdırması (öz və ya ictimai) və s.

  • Biznesə başlamaq üçün aydın baxış: dəqiq biznes strategiyasına malik olmaq, biznesin inkişafının gələcək mərhələlərini, lazımi resursları dərk etmək; finalçı başlanğıcda nəyə diqqət etməyi planlaşdırır, mükafat fondunu nəyə xərcləyəcək


5.2. İştirakçıların təqdimat bacarıqlarının qiymətləndirilməsi aşağıdakı (Əməli Biznes Nümayəndələri və Biznes İdeyası Nümayəndələri üçün ümumi) meyarlara əsəsən aparılır:

  • Təqdimat bacarıqları

  • Auditoriyanın diqqətini özündə saxlama bacarığı

  • İnandırma və arqumentləmə bacarığı


6. TƏLƏBLƏR VƏ MƏHDUDİYYƏTLƏR


6.1. Bu Qaydaların 3-cu bölməsində qeyd olunmuş tələblərlə yanaşı, Təşkilatçılar aşağıdakı hallarda iştirak anketlərini qəbul etməmək hüququnu özündə saxlayırlar:


6.1.1. Əgər iştirak ərizəsi

Əgər iştirak anketi Greenway, Oriflame, Faberlic və bu tipli şəbəkə marketinq şirkətlərinin nümayəndələri tərəfindən doldurularsa;


6.1.2. Əgər Təşkilatçılar anketdə aşağıdakıların yer aldığını aşkar edərsə:


  • müharibəyə, irqi və dini ədavətə, zorakılığa və cinayətə çağırışlar;

  • ayrıseçkiliyin bütün növləri, o cümlədən, məhdudiyyətsiz, irqçilik, homofobiya və seksizm;

  • narkotik maddələrin istifadəsinə hər hansı şəkildə sövq etmə, tütün məhsullarının çəkilməsinin və ya alkoqolizmin birbaşa və ya dolayı təbliğatı;

  • pedofiliya, azyaşlıların foto, audio və ya video yazılarından qanunsuz istifadə;

  • pornoqrafik və ya erotik məzmun;

  • böhtan, təhdidlər, təhqiramiz və söyüşlü ifadələr; qəsdən edilmiş kobudluq;

  • üçüncü şəxslərin hüquq və qanuni maraqların pozulması (məs. şəxsi həyata müdaxilə, əqli mülkiyyət hüququnun pozulması, ticarət nişanları və özgə mülkiyyət barədə böhtan və s.)

6.2. Təşkilatçı birtərəfli qaydada anketin bu Qaydaların 6.1. bölməsində göstərilmiş tələblərə uyğunluğu barədə qərarı verir.

6.3. Təşkilatçı, Müsabiqənin hər hansı kommunikasiya kanalında davranış qaydalarını pozan, digər İştirakçıları təhqir edən, reklam xarakterli materiallar və şərhlər yerləşdirən İştirakçını səbəb göstərmədən bloklamaq hüququnu özündə saxlayır.

6.4. İştirakçı kütləvi informasiya vasitələrinin nümayəndələrinə Qaydaların tələblərinə əməl etmək şərti ilə müsahibə verə bilər. Belə müsahibə nəticəsində Müsabiqə məxfilliyə dair hər hansı məlumat ötürülməsi baş verərsə, İştirakçı buna görə özü məsuliyyət daşıyır. Müsahibə verməyə razılıq və ya ondan imtina olunması İştirakçının öz istəyinə əsasən verilən qərardır və İştirakçının qiymətləndirilməsinə təsir etmir.

6.5. Mərhələlər çərçivəsində keçirilən ayrı-ayrı tədbirlərin foto və (və ya) video çəkilişi kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən həyata keçirilə, habelə kütləvi informasiya vasitələrində yayımlana bilər. İştirakçılar müsabiqədə iştirak etməklə çəkiliş və yayıma razılıq verirlər. Müsabiqədə iştirak etməklə, müsabiqə iştirakçıları özlərinin iştirakı ilə çəkilmiş foto və video materialların, habelə müsabiqənin bütün mərhələlərində yaradılmış və Təşkilatçıya təqdim edilən müsabiqə işlərinin «SHE'S NEXT EMPOWERED BY VISA» məlumat kampaniyası üçün reklam məqsədilə istifadəsinə razılıq verirlər

6.6. İştirakçıların material və layihələri üçüncü şəxslərin hüquqlarını, o cümlədən patent, ticarət nişanı, kommersiya sirri, müəllif hüququ və digər əqli mülkiyyət hüquqlarını, eləcə də şəxsi həyatın toxunulmazlığına aid hər hansı hüquqları pozmamalıdırlar. İştirakçılar təqdim olunmuş materiallara dair özlərinin müəllifliyinə və sahiblik hüquqlarına zəmanət verirlər və onlar üzərində tam əqli mülkiyyət hüquqlarını daşıyırlar. İştirakçı tərəfindən üçüncü şəxslərin müəlliflik və/ya digər hüquqlarının pozulmasına görə nə Təşkilatçı, nə Həm-təşkilatçı, nə də Visa şirkəti məsuliyyət daşıyır. İştirakçıların materialları, işləri və bədii həllərinə, eləcə də onlarla bağlı hüquqlarla əlaqədar üçüncü şəxslərin iddiaları yaranarsa, İştirakçılar onları müstəqil qaydada və öz hesabına həll etməyə və Təşkilatçını, Həm-təşkilatçını və Visa şirkətini hər hansı məsuliyyətdən, o cümlədən iddiaçıların nəfinə edilə bilən hər hansı ödənişlərdən qorumağa öhdəlik götürürlər.


7. QALİBLƏRİN MÜƏYYƏN EDİLMƏSİ

7.1. Qaliblər (iki kateqoriyada) finalçıların seçimi və final təqdimatların nəticələri əsasında münsiflər heyəti, eləcə də Təşkilatçı və Həm-təşkilatçı nümayəndələrindən ibarət komissiya tərəfindən seçilir. Qiymətləndirmə meyarları 5-ci bənddə göstərilmişdir. Qiymətləndirmə sistemi: ballarla. 5-ci bənddə göstərilən hər bir meyar üçün İştirakçıya xal veriləcəkdir. Qaliblər maksimum xaı toplayan İştirakçılar olacaq.

7.2. Nəticələr Visa Elevator Pitch adlı yekun tədbirdə açıqlanır, eləcə də wowoman.org saytında və WoWoman-ın Instagram-dakı rəsmi səhifəsində təkrarlanır (https://instagram.com/wowoman_az?igshid=YmMyMTA2M2Y=).

7.3. Əgər Qalibin elan edilməsindən sonra yoxlama bu Qaydaların 6-cü bölməsindəki tələblərin birinin həmin Qalib tərəfindən pozulmasını müəyyən edirsə, nəticələr etibarsız hesab olunur və yeni Qalib müəyyən olunur. Bu proses Qaydaların heç bir müddəasını pozmayan Qalibin müəyyən edilməsinə qədər davam edə bilər.

7.4. Müsabiqənin nəticələri yekun və qəti hesab olunur və aşağıdakı hallar istisna olmaqla onlara yenidən baxıla bilməz:

  • Müsabiqə bitəndən sonra Təşkilatçı Qalib tərəfindən yuxarıdakı 7.3 bəndində qeyd edildiyi kimi hazırkı Qaydaların pozulmasını müəyyən edərsə;

  • Qalib mükafatın alınması üçün bu Qaydalarla tələb olunan hərəkətlərdən imtina edərsə.

7.5. Qaliblər aşağıdakı mükafatlar alırlar:

  • Əməli Biznes kateqoriyasında Qalib: 15000 (on beş min) AZN

  • Biznes İdeyası kateqoriyasında Qalib: 10000 (on min) AZN.

7.6. Təşkilatçı mükafat pulunu Müsabiqə bitəndən 1 ay ərzində nağd şəkildə Qaliblərə ötürməyə borcludur. Ötürmə üsulu Təşkilatçılar və Qaliblər arasında razılaşdırılacaq.

7.6.1. Əgər Qalib Təşkilatçıların müvafiq sorğusuna bir həftə ərzində cavab vermirsə, belə Qalibin qələbəsi ləğv edilə və onun yerinə bu Qaydalarla müəyyən edilmiş tərzdə növbəti Qalib seçilə bilər.

7.6.2. Təşkilatçı mükafatı eyni dəyərdə olan digər mükafatla əvəz etmək hüququnu özündə saxlayır. Təşkilatçı bu haqda Qalibi əvvəlcədən xəbərdar etməyə borcludur.

7.7. Mükafat Qalib tərəfindən dəyişdirilə və ya digər şəxslərə ötürülə bilməz.

7.8. Müsabiqə bitəndən sonra Təşkilatçılar Qaliblərin biznesləri və mükafat pullarının xərclənməsi ilə maraqlanmaq hüququnu özündə saxlayırlar, Qaliblər isə öz növbəsində bu haqda Təşkilatçılara doğru məlumat verməyə borcludurlar.


8. TƏŞKİLATÇILARIN VƏ İŞTİRAKÇILARIN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

8.1. Təşkilatçının aşağıdakı vəzifələri var:

8.1.1. Müsabiqəni bu Qaydalar uyğun keçirmək;

8.1.2. Müsabiqənin bütün mərhələlərini təşkil etmək;

8.1.3. İştirakçılarla açıq kommunikasiya aparmaq;

8.1.4. Müsabiqə ilə bağlı sair təşkilatı məsələləri həll etmək;

8.1.5. Qaliblərə hazırkı Qaydalara əsasən mükafatlar təqdim etmək.

8.2. Təşkilatçı aşağıdakılara məsuliyyət daşımır:

8.2.1. İştirakçıların Müsabiqənin rəsmi səhifəsində dərc edilmiş Müsabiqənin nəticələri ilə tanış olmaması;

8.2.2. Mükafatın alınması üçün tələb olunan məlumatların / sənədlərin Qalibin və ya məlumatın çatdırılmasına cavabdeh olan tərəfin günahı ucbatından, yaxud Təşkilatçıdan asılı olmayan digər səbəblərdən alınmaması və ya vaxtında alınmaması;

8.2.3. İştirakçılar tərəfindən Qaydalarla nəzərdə tutulmuş tələblərin yerinə yetirilməməsi və ya vaxtında yerinə yetirilməməsi;

8.2.4. İştirakçıların verdiyi məlumatların, o cümlədən əlaqə məlumatının doğruluğu, düzgünlüyü və dəqiqliyi və bununla bağlı Təşkilatçıdan asılı olmayan səbəblərdən, eləcə də rabitənin keyfiyyəti ilə bağlı səbəblərdən İştirakçılarla (Qaliblər daxil olmaqla) əlaqə yaratmaq mümkünsüzlüyü;

8.2.5. Qalibin mükafat almaması, yuxarıdakı bəndlərdə göstərilən səbəblərdən, habelə mükafatı tələb etməməsi və ya ondan imtina etməsi ucbatından baş veribsə;

8.2.6. İştirakçıların həyatı, sağlamlığı, eləcə də Müsabiqədə iştirakla bağlı mənəvi və/ya psixi əzabları.

8.3. Müsabiqədə iştirak edərək, İştirakçı təsdiq edir ki, bu Qaydalarla tam olaraq tanış olub və onlarla razıdır, habelə aşağıdakılara ayrıca razılıq verir:

8.3.1. Qaydalarla müəyyən edilmiş tərzdə Qaliblərin müəyyən edilməsinə;

8.3.2. Qaydalara uyğun olaraq Müsabiqədə qalib gəldikdə və ya Müsabiqənin finalına çıxdıqda Müsabiqə İştirakçısı haqqında Səhifələrdə və Sosial Şəbəkələrdə məlumat yerləşdirilməsinə.

8.3.3. Zəruri hallarda Müsabiqənin Qalibinin və ya Müsabiqənin Finalistinin Müsabiqədə iştirakla bağlı reklam xarakterli müsahibələrdə iştirakına, habelə Müsabiqənin Təşkilatçısına Müsabiqə Qalibinin və Müsabiqə Finalistinin foto və videolarının çəkməsinə.

8.3.4. Bundan əlavə, üçüncü tərəflər Təşkilatçılar qarşısında İştirakçı tərəfindən onların hüquqlarının Müsabiqə zamanı pozulmasını iddia etdikləri təqdirdə, İştirakçı belə mübahisələrin müstəqil qaydada həll edilməsi və Təşkilatçıları bununla bağlı hər hansı məsuliyyətdən azad edilməsi öhdəliyini götürür.


9. QAYDALAR VƏ ONLARA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ MƏLUMATLANDIRMA

9.1. Qaydalar, eləcə də Müsabiqənin keçirilməsi ilə bağlı digər məlumatlar internetdəki bu ünvanda dərc edilir: https://wowoman.org/shesnext2022

9.2. Anlaşılmazlıqlar və mübahisəli məsələlər yarandığı halda Təşkilatçı Qaydaları şərh etmək hüququna malikdir.

9.3. Müsabiqənin şərtləri və qaydaları barədə əlavə məlumatlar, eləcə də mövcud qaydalara edilən əlavə və dəyişikliklər Təşkilatçının saytında dərc olunur. Qaydalar, eləcə də onlara edilən hər hansı əlavə və dəyişikliklər iştirakçılar tərəfindən mübahisəsiz qəbul edilməlidir.

9.4. İştirakçı Müsabiqənin keçirilməsi ilə bağlı istənilən sualla Həm-təşkilatçının elektron ünvanına wowoman.org@gmail.com, eləcə də rəsmi Instagram (https://instagram.com/wowoman_az?igshid=YmMyMTA2M2Y=) və Facebook (https://www.facebook.com/wowoman.org) səhifələrinə müraciət edə bilər.


10. YEKUN MÜDDƏALAR

10.1. Bu Qaydaların birmənalı olmayan yozumuna yol açan və/ya bu Qaydalarla tənzimlənməyən vəziyyət yarandığı təqdirdə yekun qərarı, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələbləri əsasında, Təşkilatçı verir. Təşkilatçının qərarı qəti və mübahisə olunmazdır.

10.2. Visa və onunla əlaqədar hər hansı şəxslər Təşkilatçı deyillər və Təşkilatçı və Həm-təşkilatçı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara əməl edilməsinə görə məsuliyyət daşımırlar, habelə İştirakçıları iddialarına cavab vermirlər. Visa şirkəti həmçinin şəxsi məlumatların toplanması və saxlanmasında iştirak etmir və onların toplanması, saxlanması və işlənməsi üçün məsuliyyət daşımır.

10.3. Təbii fəlakət, yanğın, subasma, hərbi əməliyyatlar, blokada, qanunvericilikdə əhəmiyyətli dəyişikliklər, habelə Təşkilatçıların nəzarətindən kənar digər fors-major (qarşısıalınmaz güc) hallarının baş verməsi təqdirində Təşkilatçı və Həm-təşkilatçı onların nəticələrinə görə məsuliyyətdən azad olunurlar. Fors-major hallarının baş verməsi səlahiyyətli qurumun müvafiq sənədi ilə təsdiq olunmalıdır.

10.4. Müsabiqədə iştirak etməklə, İştirakçı onun təqdim etdiyi fərdi məlumatların doğruluğuna zəmanət və onların Təşkilatçı tərəfindən emalına razılıq verir.

10.4.1. Fərdi məlumatlara daxildir (məhdudiyyətsiz): ad, soyad, ata adı, təvəllüd, doğum yeri, əlaqə məlumatları (telefon nömrələri, elektron poçt ünvanları).

10.4.2. Fərdi məlumatların emalı, İştirakçının Müsabiqədə iştirakını mümkün etmək və Təşkilatçıların Qaydalara əməl edilməsni təmin etmək məqsədilə, qarışıq emal (avtomatlaşdırılmış və avtomatlaşdırılmamış üsullarla) üslubu ilə və məlumatların Təşkilatçı tərəfindən daxili şəbəkə və internet vasitəsilə ötürülməsi yolu ilə həyata keçirilir.

10.4.3. Fərdi məlumatların emalı, yalnız bu bənddə göstərilən məqsədlərlə və tam məxfilik əsasında üçüncü tərəflərə məlumatın ötürülməsi yolu ilə həyata keçirilə bilər.

10.4.4. Fərdi məlumatların emalına razılıq 5 (beş) il müddətinə verilir və Təşkilatçıya yazılı ərizə göndərməklə geri çağırıla bilər. Belə geri çağırılma baş verdikdə, Təşkilatçı bu haqda həmin şəxsin fərdi məlumatları ötürüldüyü üçüncü tərəfləri dərhal xəbərdar etməyə öhdəlik götürür.

10.5. Qaydalarla tənzimlənməyən bütün digər hallarda Təşkilatçılar və İştirakçılar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi rəhbər tuturlar.


Bizimlə əlaqə:
wowoman.org@gmail.com