#wowomaneducation
Arzularnızı hərəkətlərinizlə möhkəmləndirin!
Sancaq strategiyası nədən ibarətdir?
Sancaq strategiyasının müəllifi Trent Dürsmid 1.5 il ərzində aylıq gəlirini 75.000 dollara kimi yüksəltməyi bacarmış birja brokeridir. Ən yaxşı şirkətlər onu öz tərəfinə çəkmək istəyirdilər, o isə sonda yalnız birinin təklifini qəbul etdi və aya 200.000 qazanmağa başladı. İnanılmaz səslənir, elədir? Onda gəlin bu strategiyaya nəzər salaq.
????Sancaq strategiyası nədən ibarətdir? Bizə iki banka, bir neçə paçka sancaq və yeni vərdişə yiyələnmək istəyi lazımdır. İşin prinsipi olduqca asandır: bir məqsədə çatdıqdan sonra sancağı dolu bankadan boş bankaya qoyuruq. Məqsədimizə çatana və bu strategiya vərdiş halını alana kimi davam edirik. Daimi praktika və təkrar nəticəsində uğur əldə olunandır. Bunu unutma.

????Prinsip necə işləyir? Sancaqların sayəsində inkişafınızı vizual şəkildə dəyərləndirmək asandır, bu da öz növbəsində işi davam etmək üçün əlavə motivasiya yaradır. Buna "sahiblənmə effekti" deyilir. Sahiblənmədiklərimizdən çox sahibləndiklərimizə diqqət ayırırıq. Bu isə o deməkdir ki, boş bankada nə qədər çox sancaq olsa bir o qədər sevinər və ruhlanmış olarıq.

????Harada tətbiq etməli? Demək olar ki, hər yerdə. Məsələn, düzgün qidalanmaq qərarına gəlmisən? Və ya daha çox su içmək? Jim vurmaq? Günə 20 səhifə kitab oxumaq? Meditasiya etmək? Metod sənin məqsədlərinə asanlıqla uyğunlaşır: lazım olan tək şey – sancaqları sayıb işə başlamaqdır.
Odur ki, irəli, WoWoman, səndə hər şey alınacaq!