#wowomantips
Qaliblərin 9 verdişi
Denis Waitley "Qaliblərin psixologiyası" kitabını yazmışdır. Kitabda uğur qazanmaq istəyən hər kəsin özündə təkmilləşdirməli olduğu doqquz vərdiş haqda bəhs etmişdir.
1984-cü ildə motivasiya üzrə trener, konsultant və yazıçı, çoxsaylı bestsellerlərin müəllifi, həmçinin otuz illik təcrübəyə sahib mühazirəçi Denis Waitley "Qaliblərin psixologiyası" kitabını yazmışdır. Kitabda uğur qazanmaq istəyən hər kəsin özündə təkmilləşdirməli olduğu doqquz vərdiş haqda bəhs etmişdir.
✔️Gələcəyini görə bilmə — nail olmaq istədiklərinizin aydın təsviri: nailyyətinizin rəsmini hər bir xırdalıqları ilə çəkin.

✔️Dəqiq və konkret məqsədlər — uğurun rəhnidir. Məqsədiniz nə qədər aydın olarsa, ona bir o qədər effektiv şəkildə nail ola bilərsiniz.

✔️İstənilən hadisədə pozitiv məqamlara köklənmə. Daima həyəcanlansaz və əsəbləşsəz, o zaman diqqətinizi yayındıracaqvə özünüzü müvəffqiyyətsizliyə proqramlaşdırmış olacaqsınız. Pozitiv əhvalı qoruyub-saxlamaq və şanslarınızı optimistik şəkildə dəyərləndirmək daha effektlidir. Unutmayın ki, "bir üsul işə yaramadıqda, digərlərini sınaqdan keçirmək olar".

✔️Sizə nəyin gərəkdiyini müəyyən etmək qətiyyətinə sahib olmalı və hərəkətə keçməlisiniz.

✔️Qalib insan hər şeyə dərrakəli şəkildə yanaşır. O, özünə qarşı dürüstdür: özünün çatışmazlıqları və uğursuzluqlarından xəbərdardır, lakin öz güclü tərəfləri üzərində çalışır.

✔️Adevkat şəkildə özünüzü dəyərləndirməyə çalışın və unutmayın ki, bu dəyərləndirmə içdən gəlməlidir. Zahirən təqdir edilmə önəmlidir, lakin sizin daxili təəssüratınız daha önəmlidir.

✔️Bir çox idmançılar razılaşar ki, qalibiyyətin sirri şəxsi intizamdır. Hər bir zəfərin arxasında böyük əmək və daima öz üzərində çalışmaq dayanır.

✔️Özünüzlə daha çox dialoqlar aparın. Bunu ucadan da etmək olar, lakin gündəlikdə qeydlər etmək daha yaxşıdır. Bu, qeydlərə dərrakəli şəkildə baxmağa kömək edəcək.

✔️Nizamlı olun. Nizamlı insanlar inandıqlarını edirlər. Onları heç vaxt ələ verməyən etiqadları var. Onlar gücü xaricən yox, daxilən alırlar. Bu isə o deməkdir ki, bu cür insanlar özlərinə xəyanət etmədən dəyişkən şərtlərə uyğunlaşa bilirlər.
Uğurlar sənə,WoWoman!