WoWoman

Yaz, yarat, paylaş – jurnalistikanın əsasları

Yazmaq, yaratmaq, özünü ifadə etmək istəyirsənsə, jurnalist olmaq sənin arzundursa, müsahibələr hazırlamaq, araşdırmalar etmək, maraqlı məqalələr müəllifi olmaq istəyirsənsə WoWoman sənin üçün "Yaz, yarat, paylaş - jurnalistikanın əsasları" təliminə qoşul.

Bu təlim arzu edən hər bir xanıma jurnalistikanın əsaslarını öyrədəcək təlim kursudur.

Təlimin məqsədi yazmaq, özünü yazıları ilə ifadə etmək, jurnalistikaya necə başlamağı düşünən insanlara təməl bilgiləri öyrətməkdir.
Şahnaz Əhmədova
Təlimçi
ƏGƏR SİZ DƏ:
• Jurnalist olmaq istəyirsinizsə
• Müxtəlif platformalarda öz yazılarınızı paylaşmaq istəyirsinizsə
• Bu sahə haqqında bilik və qabiliyyətlərinizi artırmaq istəyirsinizsə
• Ətrafınızdakı qadınları gücləndirmək və ruhlandırmaq istəyirsinizsə
• Ən əsası öz oxucu kütlənizi toplamaq və WoWoman platforması üçün yazmaq istəyirsinizsə

Təlimlərin mövzusu:
• Müsahibə texnikaları
• Yazıda diqqət olunmalı məqamlar
• Necə daha maraqlı yazmaq olar
• Jurnalist araşdırması
• Mənbələrlə işləmək

Təlimçi Şahnaz Əhmədova
- 4 illik radio və çap media jurnalisti
- 2 illik jurnalist-təlimçi
- Xarici jurnalistika təlimlərinin iştirakçısı
- Gürcüstanda GİPA-da ABŞ-ın Jurnalistlər üçün təsis etdiyi Media Menecment fakültəsində magistr məzunu
- Təlimlər həftədə bir dəfə - bazar günü saat 11:00- 13:00 -dək keçiriləcəkdir.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?

• Özünə inam, ruh yüksəkliyi, təcrübə və müsbət enerji
• Jurnalistika haqda ilkin anlayışlar. Təlimçilərdən öyrənməklə yanaşı başqa iştirakçılarla ünsiyyətdən təcrübə qazanacağınız bir mühit
• Öz yazılarınızı hazırlamaq üçün kifayət edəcək biliklər
• Nəzəri və praktiki bilikləri özündə birləşdirən və jurnalistika dünyasını əks etdirən təlim.
Key information
When?
4 сентября 2016 г. в 11:00
Language?
Event will be in azeri language
Where?
Barama Innovation Center
How much?
Participation is free, but registration is needed
As special touch, during the event, someone lucky will win a WoWoman planner,
signed by Founder
Contact us:
Mobile number: + 994513811183
[email protected]
Baku, Azerbaijan